Accessibility links

Azərbaycan Daxili İşlər Nazirliyi insanları kibercinayətkarlıqla bağlı diqqətli olmağa çağırıb


Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti sosial media üzərindən olunan müraciətdə vətəndaşları diqqətli olmağa çağırır.

Müraciətdə mobil və şəhər nömrələrindən, saxta xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə, hətta bank əməkdaşları olsalar belə, bank kartı məlumatlarını (yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) təqdim etməmək tövsiyə olunur.

Müraciətdə, həmçinin işə qəbul olunmaq adı ilə “sağlamlıq haqqında arayış” üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş olunmaması tövsiyə olunur.

"Alqı-satqı saytlarında hər hansı bir mənzili, avtomobili (telefon, geyim əşyaları, mebel və s.) dəyərindən çox aşağı qiymətə elana qoyan şəxslərə alacağınız əmlaka və məhsula baxış keçirmədən beh verməyin" - deyə, məlumatda qeyd edilir.

Müraciətdə habelə - “xakker”, “baxıcı”, “faizə pul”, “profillərin izlənilməsi” və bu kimi digər səhifələrə müraciət etməmək, hesablarına pul köçürməmək tapşırılır.

Son illərdə Azərbaycanda kibercinayətlərin sayı artmaqda davam edir. Rəsmi statistika aparılmasa da yerli mediada kibercinayətkarlıqla bağlı çoxsaylı məlumatlar dərc edilməkdədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG