Accessibility links

Türkiyədə kanat qəzasında 1 nəfər ölüb, 10 nəfər yaralanıb


Antalya, Türkiyə.
Antalya, Türkiyə.

Türkiyə daxili işlər nazirliyinin şənbə günü verdiyi məlumata görə, Türkiyənin cənubunda Antalya vilayətində kanatın qırılan dirəyə dəyməsi nətivəsində bir nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Cümə günü axşam saat 5:23-də 24 kabin kanatda ilişib qalıb. Nazirliyin bildirdiyinə görə, 16 saat sonra 60-dan çox insan hələ də doqquz kabinin içində qalmışdı, 122 nəfər xilas edilmişdi.

Fəlakət və Fövqəladə Vəziyyətin İdarəsi Agentliyinin sədri Okay Memiş hadisə yerində müxbirlərə deyib ki, xilas edilməyi gözləyənlərdən heç birini nə kritik xəsarət alıb, nə də sağlamlıq problemi yaşayıb. O əlavə edib ki, onlar xilasetmə işlərini gün sonuna qədər bitirmək niyyətindədirlər.

Daxili işlər nazirliyi X platformasına yerləşdirdiyi açıqlamada bildirib ki, xilasetmə işləri yeddi helikopter və 500-dən çox xilasedici tərəfindən həyata keçirilir.

Daxili işlər nazirliyinin yaydığı videoda xilasetmə işçilərinin iplərə bağlanmış bir şəkildə kabinlərə dırmaşdıqları göstərilib.

Nazirliyin vebsaytında yerləşdirilən məlumata görə, kanatda hər birinin tutumu 6 nəfər olan 36 kabin olub. Antalya şəhərinin panoramik görüntüsünün olduğu Tünktepe təsisinə çıxmaq doqquz dəqiqə çəkir.

Forum

XS
SM
MD
LG