Accessibility links

Putin Qərbi tənqid edir, Ukrayna Aİ-yə qoşulmağa yaxınlaşır


Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının Ukraynaya Avropa İttifaqına namizəd statusunu vermək tövsiyyəsini alqışlayıb. Rusiya Prezidenti Vladimir Putin isə Qərbi Moskvaya sanksiya tətbiq etdiyinə görə pisləyib, Aİ-nın qərarına əhəmiyyət verməyib.

Putin cümə günü Sankt Peterbuq Beynəlxalq İqtisadiyyat Forununda çıxış edib. Orada o, Qərbi “müstəmləkə təkəbbürü”ndə və Rusiyanı “axmaq” sanksiyalarla əzməyə çalışmaqda ittiham edib.

Ancaq o deyib ki, Ukraynanın Avropa İttifaqına qoşulmaq niyyətinə “qarşı” olmadığını deyib.

Putin bildirib ki, Ukraynada “xüsusi hərbi əməliyyat” davam edəcək və onun sözlərinə görə, “Qərbin düşmənçiliyinə” qarşı Rusiyanın suverenliyi və gücünü vurğulayıb.

“Hazırkı vəziyyətdə, bizə qarşı artan risklər və təhdudlər fonunda, Rusiyanın xüsusi hərbi əməliyyat aparmaq qərarı məcburi idi – çətin əlbəttə ki, amma məcburi və lazımi,” Putin deyib.

O bildirib ki, ABŞ “tarixin gedişatını dəyişməyə çalışıb” və Qərbi anti-Rusiya əhval-ruhiyyəsini gücləndirməkdə və “Ukrayna ərazisinin aktiv hərbi mənimsənilməsində” ittiham edib.

Onun çıxışı Rusiya Ukraynanın şərqində Donbas bölgəsində hücumlarını davam etdirdiyi bir vaxta təsadüf edib. Ukrayna ordusu cümə günü bildirib ki, hücumlar Sloviansk və Severodonetsk şəhərində davam edib. Rusiya və müttəfiqləri Donetskin yarısına və Luhanskın demək olar tamamına nəzarət etdiklərini deyir. Severodonetsk və ətraf kəndləri Luhanskın Ukraynanın nəzarətində olan son hissələridir.

Ukrayna Avropa İttifaqına qoşulurmu?

Avropa İttifaqının başçısı cümə günü deyib ki, Ukrayna rəsmi olaraq namizədlik üçün dəyərləndirilməlidir.

“Biz hamımız bilirik ki, ukraynalılar Avropa perspetktivi uğrunda ölməyə hazırdırlar,” Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib. “Biz onların bizimlə birlikdə Avropa xəyalını yaşamalarını istəyirik.”

Zelenski cümə günü bu qərarı alqışlayıb və bildirib ki, “Bu, Aİ üzvlüyü yolunda ilk addımdır və şübhəsiz ki, qələbəmizi yaxınlaşdıracaq.”

Bu tövsiyyə 27 ölkədən ibarət ittifaqa üzv olmaq prosesində ilk addımdır. Avropa İttifaqı liderləri bu ayın sonunda görüşərək komissiyanın tövsiyyəsini nəzərdən keçirəcəklər.

Komissiya həmçinin Moldovanın namizəd olmasını tövsiyyə edib, ancaq Gürcüstanı etməyib.

Putin cümə günü deyib ki, Ukraynanın Aİ-yı qoşulmasına qarşı çıxmır, çünki Aİ NATO-dan fərqli olaraq hərbi ittifaq deyil.

“Biz buna qarşı deyilik. İqtisadi birliklətə qoşulub-qoşulmamaq onların suveren qərarıdır… Bu onların, Ukrayna xalqının öz işidir,” Putin deyib.

Ukrayna Rusiyanın hərbi müdaxiləsindən bir neçə gün sonra Aİ-na qoşulmaq üçün müraciət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG