Accessibility links

Suriya ordusu Deir Əl-Zur şəhəri uğrunda mübarizə aparır


ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri bildirib ki, Rusiyanın dəstəklədiyi Suriya ordusu Deir Əl-Zur şəhərində Fərat çayını keçərək şəhəri geri almağa çalışır. Bu addım şəhərin şərqində irəliləyən ABŞ-ın dəstəklədiyi döyüşçülərlə toqquşmaya səbəb ola bilər.

ABŞ-ın dəstəklədiyi koalisiyanın sözçüsü Amerikanın Səsinə bildirib ki, Rusiya Suriya rejiminin Deir Əl-Zur şəhəri ətrafındakı regionları nəzarəti altına almaları məqsədi ilə keçirdikləri əməliyyatlara havadan yardım edir.

“Koalisiya qüvvələri Suriyanın şərqində onsuz da çox sayda uçuşların keçirildiyi hava məkanında vəziyyəti gərginləşdirməmək üçün Rusiya rəsmiləri ilə toqquşmadan yayınır. Koalisiya qüvvələri ilə Rusiya rəsmiləri arasında rabitə bizim hərbi hava qüvvələri və təchizatlarımızın təhlükəsizliyini təminat altına alır və hərbi əməliyyatlarımıza yardım edir”- deyə, ABŞ-ın başçılıq etdiyi koalisiyanın sözçüsü Rayan Dillon bildrib.

Suriyada İŞİD qrupunun əsas qərərgahının yerləşdiyi Deir Əl-Zur şəhərinin ələ keçirilməsi kampaniyası bu ayın əvvəli başlayıb.

Bu arada ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri şəhərin şərq tərəfində ayrıca hərbi əməliyyatlara başlayaraq çay sahili boyu 300 kvadrat kilometrlik ərazini ələ keçirib.

XS
SM
MD
LG