Accessibility links

Selahattin Demirtaş siyasi lanşaftı dəyişir


Türkiyədə prezidentliyə namizəd Selahattin Demirtaş seçki kampaniyasını demokratiya və çoxtərkibli hökumətin təşkili mesajı ilə aparır.

Xalq Demokrat Partiyasının sədri İstanbulda minlərlə tərəfdarı qarşısında çıxış edib. Demirtaş demokratiya və sülh çağırışlarını bir daha təkrar edib. Ölkə boyu səfərə çıxan namizəd siyasi təhlilçilər tərəfindən xarizmatik və səriştəli siyasətçi kimi qiymətləndirilir. 41 yaşlı Demirtaş rəqib kürd fraksiyalarını bir arada saxlamaq qabiliyyətinə malikdir.

Selahattin Demirtaş yaxşı bir namizəddir. Kürdlər çox ehtimal ki, öz namizədlərinə səs verəcək

Brüsseldəki Karnegi institutundan siyasi təhlilçi Sinan Ülgenin dediyinə görə, Demirtaş digər iki namizəddən çox geridə olsa da, xüsusilə baş nazir Rəcəb Tayyib Ərdoğan qarşısında dayana biləcək bir qabiliyyətə malikdir.

"Ərdoğan üçün kürdlərin səsi çox mühümdür. Selahattin Demirtaş yaxşı bir namizəddir. Kürdlər çox ehtimal ki, öz namizədlərinə səs verəcək. Ərdoğan onun qədər kürdlərin səsini qazana bilməyəcək."

Demirtaş kampaniyaları zamanı təriqət parçalanması ilə bağlı xəbərdarlıqla çıxış edib. O, İraq və Suriyadakı təriqət probleminin Türkiyədə də yaşandığını və baş nazirin bu parçalanmanı daha da genişləndirdiyini bildirib.

İctimai rəy sorğularına görə, Demirtaş səslərin 10 faizini əldə edə bilər. Onun maliyyə resursları və mediada təmsili də məhduddur. Ərdoğana dövlət televiziyasındakı çıxışına 300 dəqiqə verilibsə, Demirtaşa bir neçə dəqiqə vaxt ayrılıb.

Selahattîn Demirtaş
Selahattîn Demirtaş

Təhlilçilərin fikrincə, Demirtaş Gezi hərəkatı kimi tanınan hökumət əleyhinə nümayişçilərin səsini qazana bilər.

Ərdoğan avqustin 10-da keçiriləcək prezident seçkilərində 50 faizdən artıq səs əldə etməyə çalışır. Əgər namizədlərin heç biri buna nail olmasa iki həftə sonra təkrar seçkilər keçiriləcək. Ərdoğanın ən güclü rəqibi Cümhuriyyət Xalq Partiyası və Milli Hərəkat Partiyasının dəstəklədiyi Ekmeleddin İhsanoğludur.

XS
SM
MD
LG