Accessibility links

Demokratların prezidentliyə namizədlərinin ilk debatı keçirilib


Demokrat partiyasından prezidentliyə namizədlər, soldan Virciniya ştatının keçmiş senatoru Cim Vebb, Vermont senatoru Berni Sanders, keçmiş dövlət katibi Hillari Klinton, Marilend ştatının keçmiş qubernatoru Martin O'Malli və Rod Ayland ştatının keçmiş qubernatoru Linkoln Şafee
Demokrat partiyasından prezidentliyə namizədlər, soldan Virciniya ştatının keçmiş senatoru Cim Vebb, Vermont senatoru Berni Sanders, keçmiş dövlət katibi Hillari Klinton, Marilend ştatının keçmiş qubernatoru Martin O'Malli və Rod Ayland ştatının keçmiş qubernatoru Linkoln Şafee

Demokrat partiyasından prezidentliyə namizədlərin ilk debatında xarici siyasət sahəsində müzakirələr zamanı ABŞ və Rusiyanın Suriyada rolu məsələsi diqqət mərkəzində olub.

ABŞ hərbi qüvvələrinin İraq və Əfqanıstanda bu ölkələrdə münaqişələr fonunda təlim missiyasını həyata keçirdiyi bir vaxt namizədlər Amerika əsgərlərinin xarici ölkələrə göndərilməsi ilə bağlı mövqelərini ehtiyatlı şəkildə ifadə etməyə çalışıb.

Keçmiş Dövlət katibi Hillari Klinton Suriyanın müttəfiqi olan Rusiyanın regionda başqa ölkələrlə siyasi həll yolunun tapılması məsələsində əməkdaşlıq etməsinə nail olmaq məqsədilə Suriya üzərində uçuşa qadağa zonasının yaradılmasının tərəfdarı olduğunu bildirib. O deyib ki, Birləşmiş Ştatlar Rusiya prezidenti Vladimir Putinə Suriyada qarışıqlıq yaratmasına imkan verəcəyini aydın şəkildə bildirməlidir.

Vermont senatoru Berni Sanders isə bildirib ki, onun fikrincıə, Rusiya Suriyada əməliyyatlara görə təəssüf hissi keçirəcək və Ukraynada Krımın işğalına artıq peşmandır. Sanders eyni zamanda Suriya üzərində uçuşa qadağa zonasının yaradılması perspektivni təhlükəli adlandırıb.

Merilend ştatının keçmiş qubernatoru Martin O’Malli bu fikirlə razı olduğunu deyib.

Virciniya ştatından keçmiş senator Cim Vebb bildirib ki, Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün ən ciddi hədə regionda aqressiv siyasət yürütməsi və öz xalqı ilə rəftarına görə Çin tərəfindən gəlir.

Rod Aylend ştatından keçmiş qubernatoru Linkoln Şafee isə bildirib ki, Birləşmiş Ştatların milli təhlükəsizliyinə ən ciddi təhlükəni “Yaxın Şərqdə hərcmərclik” təşkil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG