Türkiyədə həbsə olan türk əsilli almaniyalı jurnalist Deniz Yücel azadlığa çıxdı.
Bu barədə fevralın 16-da Almaniyanın “Die Welt” qəzeti onun vəkilinə istinadla məlumat yayıb.
Reutersin məlumatına görə, xəbəri Almaniyanın Xarici İşlər Nazirliyi də təsdiqləyib.
Türkiyə və Almaniya vətəndaşlığı olan Yücel 2017-ci il fevralın 14-dəİstanbulda saxlanmışdı.
O, terrorçuluğu təbliğ etmə və zorakılığı qızışdırmaqda şübhəli bilinirdi.
Jurnalist ittihamları rədd edir.
Onun həbsi Almaniya hakimiyyətinin kəskin etirazına səbəb olmuşdu. Almaniya kansleri Angela Merkel Ankaranı onu azad etməyə və mətbuat azadlığına hörmətlə yanaşmağa çağırmışdı.
Hüquq müdafiəçiləri jurnalistin həbsinin siyasi motivli olduğunu deyirdilər.