Alimlər hər daim qlobal istilik və dəniz sularının turşuluğunun artmasına səbəb olan karbon dioksidi tutub saxlamağın əlverişli və effektiv yollarını axtarırlar. Britaniyada yerləşən York Universitetinin inkişaf etdirdiyini yeni prosedur dəniz suyundan böyük miqdarda karbon dioksidi çıxarıb təhlükəsiz şəkildə saxlamağı, eyni zamanda isə milyonlarla ton alüminiumu yenidən emal etməyi vəd edir.
Hər il on milyonlarla ton alüminium və dəmir yenidən emala göndərilmir.Maykl Nors
York Universiteinin mühazirəçisi Dr. Alison Parkin İngiltərənin şimalında yerləşən Uitbi limanından dəniz suyu toplayır.
Laboratoriyasında isə texniklər onun topladığı bu suyu filtrdən keçirib, bir qaba tökürlər və ora qrafitdən hazırlanan elektrodlar salıb, elektroliz prosesini başladırlar.
“Biz aşkar etdik ki, bunun üzərini alüminiumla örütəndə karbon dioksidi qaz qarışığından çıxarıb, natrium xlor və ya dəniz suyu həllinə köçürə və ağ sərt cism yarada bilərik ki, bu da yığılıb saxlanılan karbon olur. Biz bunun karbon dioksidi yığıb saxlamağın yüksək səviyyədə dəyişkən və enerji baxımından çox sərfəli üsul olduğunu dərk etdik,” Dr. Parkin deyir.
Dəniz suyunun üzərindəki alüminium parçalarının atomları karbon dioksid molekulları ilə birləşir. Su töküləndən sonra geridə içində karbon dioksidlə zəngin Davsonit adlı mineralın olduğu ağ palçıq qalır.
Alimlər deyir ki, alüminium metal tullantılarından əldə oluna bilər.
“Hər il on milyonlarla ton alüminium və dəmir yenidən emala göndərilmir,” deyə professor Maykl Nors bildirir.
Lakin bu proses həm də enejri tələb edir. Nors isə belə bir həll yolu təklif edir:
“Bu texnologiyanın işləməsi üçün günəş panelləri, külək turbinləri və ya yenilənə bilən hər hansı elektrik mənbəyi lazımdır,” Dr. Parkin söyləyir.
Bu proses nəticəsində həm də yanacaq hüceyrələrində istifadə olunan hidrogen əldə olunur. Bəzi maşınlar artıq bu yanacaqdan istifadə edir. Alimlər deyir ki, zavod böyüklüyündə bir müəssisədə hər il 850 ton karbon dioksid minerala çevrilə bilər.