Accessibility links

ABŞ Dövlət Departamenti: Rusiyanın Suriyadakı hava kampaniyası narahatlqılara yol açır


ABŞ Dövlət Departamenti Rusiyanın Suriyadakı hava kampaniyası zamanı yüzlərlə mülki vətəndaşın öldürülməsinin ciddi şəkildə narahatlqılara yol açdığını və bunun o ölkədə münaqişənin siyasi yolla həllini çətinləşdirdiyini bildirib.

Departamentin sözçüsü Mark Toner deyib ki, gələn ay sülh danışıqlarının keçirilməsinə hazırlıqlar getdiyi bir vaxt tərəflər etimad əldə edilməsi üzərində işləməlidir.

Rusiyanın böhranın siyasi yolla həllində rol oynamasını görmək istəyirik

İnsan hüquqlarının müdafiəsi qruplarının bildirdiyinə görə, Rusiyanın hava hücumları mülki sahələri hədəf alır.

Qərb hökumətləri Rusiyanın kampaniyasının İslam Dövləti deyil, Əsəd rejimi əleyhinə olanlara yönəldiyini deyir.

"Biz son 6 ay ərzində Rusiyanın daha pozitiv və ya daha konstruktiv rol oynadığının şahidi olmuşuq və indi də Rusiyanın böhranın siyasi yolla həllində rol oynamasını görmək istəyirik"-deyə, Toner bildirib.

O deyib ki, ABŞ dvölət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın narahtlıqlarını müzakirə edib.

"Biz davamlı şəkildə münaqişə tərəflərini mülki əhaliyə ziyan vurulması riskini azaltmağa və beynəlxalq humanitar qanunlar çərçivəsində öhdəliklərinə əməl etməsinə çağırırıq"- deyə, Toner bildirib.

Rusiya isə dinc əhalini hədəf aldığını inkar edir.

Toner ötən həftə rəqib döyüşçülərin lideri Zəhran Aluşun öldürülməsində Rusiya və ya Suriyanın məsuliyyət daşıdığının bəlli olmadığını deyərək, bunun sülh səylərinə maneə törətdiyini deyib.

Biz davamlı şəkildə münaqişə tərəflərini mülki əhaliyə ziyan vurulması riskini azaltmağa çağırırıq

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura yanvar ayının 25-də Cenevrədə təşkil ediləcək danışıqlar zamanı daha geniş imkanlar spektrumunun yaradılmasına çağırıb.

BMT-nin vasitəçiliyi ilə keçirilən danışıqların daha əvvəlki iki raundunda cüzi nailiyyətlər əldə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG