Accessibility links

Müharibəyə rəğmən, bəzi ukraynalı ailələr Yeni il üçün bir araya gəlirlər


42 yaşlı Ukrayna əsgəri Vasil Xomko Kyiv vağzalında qızı Yananı qucaqlayır. 31 dekabr, 2022.
42 yaşlı Ukrayna əsgəri Vasil Xomko Kyiv vağzalında qızı Yananı qucaqlayır. 31 dekabr, 2022.

Rusiyanın Ukraynada 10 aydır apardığı müharibənin sonu görsənmədiyi bir vatx, əksəriyyəti Rusiyanın bombardmanı altında olan və elektrik və su kəsintiləri yaşayan milyonlarla ukraynalının Yeni iş şənlikləri səssiz keçəcək.

Ancaq bəzi ailələr üçün bu, aylardır uzaq düşəndən sonra, qısa müddətlik olsa da, bir araya gəlmək vaxtıdır.

Şənbə günü Kyivin mərkəzi dəmir yolu vağzalında hələ də əsgər formasında olan Mikita 9 nömrəli platformada əlində qızılgül ilə həyat yoldaşı Valeriianın Polşadan gəlişini gözləyirdi. Onlar altı aydır bir-birilərini görmürlər.

“Əslində bu qədər çox gözləmək çox çətin idi,” o, Valeriianı qucaqlayıb, öpəndən sonra The Associated Press-ə bildirib.

Yaxınlıqda bir digər əsgər, 42 yaşlı Vasil Xomko, sevinclə qızı Yana və həyat yoldaşı Qalinanı qarşıladı. Onlar müharibə səbəlilə Slovakiyada yaşayırlar amma Yeni ili bilikdə keçirmək üçün Kyivə geri dönüblər.

Buradakı ab-hava on ay öncə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbilə ailələr ayrılmağa məcbur qaldığı zamankı ab-havadan çox fərqli idi.

Fevralda atalar, ərlər və oğullar ölkədə qalmağa, arvadlar, analar və qızlar isə balaca uşaqlarla birlikdə təhlükəsizlik axtarışında başqa ölkəyə getmək üçün qatarlala minməli olmuşdular. Gözüyaşlı ayrılıq anlar dünya boyu televiziya ekranları və qəzət səhifələrində əks olunmuşdu.

Ancaq qəddar müharibənin davam etdiyi bu ilin son günündə bir çoxları bayramı sevdikləri insanlarla birlikdə keçirmək üçün paytaxta geri dönüb.

Rusiya enerji mənbələrini hədəf almağa və milyonlarla insanı elektriksiz qoymağa davam etdiyi üçün, böyük bayram təntənələri gözlənilmir və Yeni ildə də komendant saatı tətbiq olunacaq. Ancaq əksər ukraynalılar üçün ailələri ilə bir yerdə olmaq artıq bir lüksdür.

Valeriia münaqişə başlayandan sonra ilk İspaniyaya sığınsa da, daha sonra Polşaya köçüb. 31 dekbar planlarının nə olduğu barədə suala cavab olaraq o, “Sadəcə birlikdə olmaq” deyib.

Bu ailə təhlükəsizlik səbəbindən soyadlarını paylaşmaqdan imtina edib, çünki Mikita həm Ukraynanın cənubu həm də şərqində bəhə xəttlərində döyüşür.

XS
SM
MD
LG