Accessibility links

Detroyt mühacirlər sayəsində yenidən canlanmağa başlayıb [Video]


Detroyt mühacirlər sayəsində yenidən canlanmağa başlayıb
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Detroyt mühacirlər sayəsində yenidən canlanmağa başlayıb

Detroyt Amerikanın geridönüş şəhəri adını almasında bir səbəb var.

Böyük tənəzzül dövründə Detroyt və ətraf şəhərlərdə işsizlik səviyyəsi 28,4 faizə çatmışdı. Biznes yerləri bağlanıb, yerli əhalilər isə buradan köçməyə başlamışdı. Lakin son illərdə buraya köçməyə başlayan mühacirlər onların yerini tutmaqdadır.

Detroyt və Hamtramçk şəhərinin qonşuluğundan yerləşən və yoxsulluqdan əziyyət çəkən Banqlatounun mədəni turizm məkanına çevirmək üçün bir iş adamı tərəfindən təşəbbüs irəli sürülüb.

Qlobal Detroyt və Amerikanın Yeni İqtisadiyyatı tərəfindən edilən bir araşdırma göstərir ki, immiqrantların regiona axının əhali azalmasının qarşısını almaqla yanaşı, mənzillərin dəyərinin yüksəlməsinə və 1700-dən çox iş yerinin açılmasına səbəb olub.

Amma şəhərin bərpası hansı immiqrantların rolu olduğuy məsələsi müzakirəyə açıq məsələdir. Şəhər hələ də ciddi maneələrlə üzləşməyə davam edir. Siyasi təhlilçi olan Stanley Renşon bildirir ki, immiqrantların “sehirli güllə” olduğunu düşünmək aldadıcı düşüncədir.

Tramp administrasiyası isə iddia edir ki, az təcrübəyə malik mühacirlər yerli amerikalıların işlərini əlindən alır. Lakin Qlobal Detroyt direktoru Stiv Tobokmən deyir ki, gəlmələr bunu tam əksini edirlər.

"Biz burada ağır ancaq aşağı gəlirli işlərdə işləyən icma görürük. Mən buraya daha çox insanın köçməsini istərdim. Çünki, elə olan halda məhəllələr sabitləşər, yeni bizneslərin açılar, yeni iş yerləri yaranar. Bu da bölgənin inkişafına gətirib çıxardar." - deyə Stiv Tobokmən bildirib.

XS
SM
MD
LG