Vətəndaş müharibəsinin ən qanlı dövlərindən birində Qvatemalaya rəhbərlik etmiş diktator Efrain Rios Montt 91 yaşında ölüb.
Rios Montt 1982-ci ildən 1983-cü ilədək hakimiyyətdə olduğu 17 ay ərzində öz ölkəsinə qarşı soyqırım həyata keçirən ilk dövlət başçısı kimi 2013-cü ildə məhkum edilmişdi. O, 1771 nəfər yerli xalqın nümayəndəsinin onun əmri ilə təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi ittihamlarında təqsirli bilinmişdi.
Lakin bir neçə gün sonra qərar Qvatemala Konstitusiya məhkəməsi tərəfindən “prosessual səhv” səbəbilə ləğv edilmişdi. Qərarın ləğvi uzun müddət onun cəzalandırılmasını gözləyən insan hüquqları müdafiəçilərini və qurbanlarını dəhşətə gətirmişdi.
Rios Monttun vəkilləri onun sağlamlığının pisləşməsi səbəbi ilə qərarın icraatının qarşısını almağa çalışmışdı.
Qvatemala Konqresi tərəfindən verilən şərhdə bildirilir ki, Rios Monttun siyasi mövqeyə sahib olması səbəbindən onu Qanunvercilik Sarayında saxlanılması istənilib. Lakin Monttun ailəsi onu bazar günü qapalı mərasimlə yerli qəbiristanlıqda dəfn olunmasına qərar verib.