Accessibility links

Qəbələdə yayılması qadağan olunmuş dini ədəbiyyat götürülüb


Qəbələ rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xİdmətinin Rayon Şöbəsi sentyabrın 12-də dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən rayonun Vəndam qəsəbə (Bakidan 326 kilometr qərb) sakinləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, B.Qasımov və E.Tahirov rayon polis şöbəsinə gətirilərək izahatları alınıb, götürülmüş əşyalar ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Xatırladaq ki, ölkədə dini ədəbiyyat yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən ekspert rəyi aldıqdan sonra yayıla bilər.

XS
SM
MD
LG