Accessibility links

Tolernatlıq kuboku - dindarların futbolu


"Tolerantlıq kuboku" dindarların futbol yarışı
"Tolerantlıq kuboku" dindarların futbol yarışı

Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş mini futbol turniri keçirlir. Turnirdə müsəlman, xristian və yəhudi dini icmalaır iştirak edir

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi maraqlı mini futbol turniri təşkil edib. Turnirdə dini icmaların komandaları futbol oynayacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş “Tolerantlıq Kuboku” uğrunda ənənəvi mini futbol turnirinin püşkatma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, DQİDK-nın təşkilatçılığı və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə dini konfessiyalar arasında keçirilən bu yarış sadəcə futbol turniri deyil, eyni zamanda Azərbaycanın dünyaya örnək ola biləcək tolerantlıq modelinin əyani sübutudur.

G. İsmayılov qeyd edib ki, bu cür tədbirlər dünya praktikasında eyni dini konfessiyaya mənsub icmalar arasında keçirilsə də, müxtəlif dinlərə mənsub icmalar arasında təşkil edilməsi yalnız Azərbaycanda baş tutub.

Turnirdə 16 komanda iştirak edir. Yarışlar aprelin 25-dən mayın 7-dək keçiriləcək.

Komandaların adları da maraqlıdır: İmam Rza (Xəzər), İmam Hüseyn (Sabunçu), Hacı Əjdərbəy (Nəsimi), Xanım Zəhra (Yasamal), Katolik Kilsəsi, Məşədi Dadaş (Nəsimi), Həzrət Məhəmməd (Səbayıl), Yəhudi icması, Pravoslav Kilsəsi və b.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG