Accessibility links

Genetik risklərdən xəbərdar olan insanlar həyat tərzlərini dəyişə bilərlərmi? [Video]


Genetik risklərdən xəbərdar olan insanlar həyat tərzlərini dəyişə bilərlərmi?
please wait

No media source currently available

0:00 0:02:01 0:00

DNK testlərinin edilməsi bir də ona görə gərəkdir ki, siz hansısa xəstəliyə meylli olub-olmadığını öyrənə bilirsiniz. Lakin yeni araşdırmaların nəticələri göstərib ki, hətta genetik baxımdan sağlam olan insanlar üçün belə bu, bunun belə davam edəcəyi demək deyil.

Alimlər tütündən asılılıq kimi pis vərdişlərin genetik komponentlərə təsirlərini aşkar etməyə çalışır. Alkoqolizm, piylənmə... Sizcə, genetik risklərdən xəbərdar olan insanlar həyat tərzlərini dəyişə bilərlərmi?

Kembric Universitetinin açıqladığı yeni araşdırma bunun o qədər də asan olmadığını göstərib. Cab Qodino: “Çox asanlıqla oturaq həyat tərzi yaşamaq, asanlıqla hazırkı qeyri-sağlam yeməkləri yemək olur. Yəni belə davranışalrın qarşısını almaq üçün yalnız məlumatlandırmaq kifayət deyil.”

DNK şirkətlərindən birinın təsisçisi bununla razılaşır. “Biz insanları uzun müddət müşahidə etməliyik. Müdaxiləni necə dəyişdiyimiz barədə insanları məlumatlandırmalıyıq” deyə, Helix şirkətinin təsisçisi Ceyms Lu bildirir.

Lakin araşdırmalar göstərir ki, bəzi adamlar həqiqətən dəyişir. Helix kimi şirkətlərin məsləhətçisi, Harvard universitetinin alimi, doktor Robert Qrin DNK testlərinin daha sağlam həyat tərzinə yol açdığını deyir. “Bu daha çox test təcrübəsindən asılı idi, nəinki onların testdən aldığı mesajdan. Burada maraqlı nüans var, insanların öz tüpürcəyini DNK testi üçün göndərməsi və cavab alması. Bu təcrübə onlar üçün çox həvəsləndirici idi və bu onları öz sağlamlıqları, riskləri haqda daha ciddi fikirləşməyə sövq etdi.”

Şəxsi məşqçi Aliyə Menzi qeyri-sağlam davranışları dəyişmək üçün buna davamlı diqqət yetirmək gərək olduğunu deyir. O, DNK testinizin nəticəsindən asılı olmayaraq, oturaq həyat şəraitinin daha asan olduğunu deyir. “Onlar ümumi mənzərəni görmürlər. Hər gün eyni olur. Onlar pir parça tortu yeyir və hərəkət etməməkdə davam edir. Lakin onlar anlamırlar ki, bu kiçik parçalar onların sağlamlığına və həyatlarına necə təsir edir.”

Araşdırmalar göstərib ki, DNK-nın nəticələrindən asılı olmayaraq, sizin həyatınıza təhlükə olsa belə, piz vərdişlərdən yaxa qurtarmaq çətindir.

XS
SM
MD
LG