ABŞ-ın Milli Səhiyyə İnstitutunda Yoluxucu Xəstəliklər Mərkəzinin rəhbəri, həkim Antoni Fauçi Amerikada da bütün ölkə boyu restoran və barların müvəqqəti bağlanmasının istisna edilə bilməyəcəyini deyib.
Fauçi virusla mübarizədə sosial izolyasiyanın tərəfdarı olduğunu bildirib.
Fauçi bu açıqlamaları Amerikanın CNN tele kanalına müsahibəsində verib. O, insanların evdə qalması, restoranlara və ya barlara getməməsini dəstəkləyib-dəstəkləmədiyinə dair sualın cavabında bu kimi yerlərdə insanların hərəkətinin kəskin şəkildə azalmasının tərəfdarı olduğunu deyib.
Doktor Fauçi amerikalıların virusla mübarizə məsələsində gerçəklərə alışmalı olduğu haqda mesaj verib.
"Amerikada həyat bir müddət alışdığımız kimi olmayacaq" – deyə o bildirib.
Antoni Fauçi ABŞ-da koronavirusa qarşı mübarizə məqsədilə yaradılan qrupun mühüm üzvlərindən biridir.
O da daxil olmaqla qrupun üzvləri koronavirusa qarşı mübarizə səylərində son inkişaflarla bağlı demək olar ki, hər gün Ağ Evdə mətbuat konfransı keçirir.
ABŞ-ın koronavirusa qarşı mübarizə məqsədilə yaradılan qrupun rəhbəri vitse-prezident Mayk Pensdir.
Prezident Trampdan sonra Mayk Pensin də koronavirus testi keçirdiyi bildirilir.
Trumpın testinin nəticələri mənfi olub.