Accessibility links

Donald Tramp İordaniya kralı ilə görüşüb [Video]


Donald Tramp İordaniya kralı ilə görüşüb
please wait

No media source currently available

0:00 0:02:07 0:00

ABŞ Yaxın Şərq Sülh Planının açıqlamağa hazırlaşdığı dövrdə, prezident Donald Tramp İordaniya kralı Abdulla ilə İsrail-Fələstin məsələsində durğunluğa dair danışıqlara üçün görüşüb. Ağ Ev sülh prosesi ilə bağlı detalları açıqlamayıb.

Əlahəzrət bilir ki, biz Yaxın Şərqdə çox yaxşı işlər görürük, orada bir sıra irəliləyişlər baş verib və bu dəhşətli İran sövdələşməsinin bitməsi ilə başlamışdır.
Donald Tramp

Prezident Donald Tramp öz İsrail -Fələstin sülh planını “Yüzilliyin Razılaşması” adlandırıb.

Ağ Evdə İordaniya kralı Abdulla ilə görüş zamanı o, müxbirlərə bu plan barədə bir o qədər də məlumat verməyib.

“Əlahəzrət bilir ki, biz Yaxın Şərqdə çox yaxşı işlər görürük, orada bir sıra irəliləyişlər baş verib və bu dəhşətli İran sövdələşməsinin bitməsi ilə başlamışdır"- deyə, Donald Tramp bildirib.

Planın müvəffəqiyyəti Tramp administrasiyasını münaqişənin iki dövlət arasında həllinin vacib olduğunu bildirən İordaniya kralı daxil olmaqla, regional dəstəkdən asılıdır.

Kral İsrail və fələstinlilərin mübahisəli şəhəri olan Qüdsdə yerləşən müqəddəs yerlərin mühafizəçisidir.

Keçən həftə prezidentin kürəkəni Cared Kaşner və Orta Şərq üzrə sülhməramlı nümayəndəsi olan Ceyson Qrinbalt sülh planına dəstək üçün regiona səfər etmişdilər.

Fələstinlilər prezidentin Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyin ora köçürülməsindən sonra Trampın heyətini qəbul etməkdən imtina ediblər.

Donald Tramp və Kral Abdulla
Donald Tramp və Kral Abdulla

Fələstinlilər Qüdsün Şərq hissəsini özlərinin gələcək dövlətlərinin paxtaxtı etmək istəyirlər.

Fələstinli qəzetə müsahibə zamanı Kaşner Tramp administrasiyasının sülh planının fələstinlilərin cəlb olunsa və olmaması belə irəli sürəcəyini bildirib.

Fələstinli vasitəçi Səib Erekat Vaşınqtonun diplomatik həll yolundan uzaqlaşdığını bildirib.

“Prezident Trampın Birləşmiş Ştatlar administrasiyası müzakirələrdən diqtəyə keçib. Onlar həll yolunu diqtə ilə müəyyən edirlər", o deyib.

Prezident Tramp və Kral Abdulla həmçinin terrorizm, Suriyada böhran və İranin regiona təsiri kimi digər problemləri də müzakirə edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG