Accessibility links

Tramp mühacir karvanının qarşısını almaq üçün hərbi qüvvələrdən istifadə edəcəyini deyir


Prezident Donald Trampın Mərkəzi Amerikadan sənədsiz mühacir karvanının Birləşmiş Ştatlara gəlməsinin əleyhinə bəyanatlar səsləndirib. Bu arada Demokratlar ara seçkilərində mühüm məsələ hesab etdikləri səhiyyə xidmətini önə çəkirlər.

Miqrant karvanının üzvləri ABŞ-da daha firavan və təhlükəsiz həyat axtardıqlarını deyir.

İki həftədən sonra ABŞ-da keçiriləcək ara seçkiləri Konqresə hanıs partiyanın nəzarət etməsini müəyyənləşidərəcək.

Demokratların bir çoxu miqrant karvanı məsələsi ilə əlaqədar şərh verməyiblər. Lakin onlar Respublikaçıları siyasi oyunlarda ittiham edir.

İnsan haqları qrupları Trampın karvanda cinayətkarlar və yaxın şərqlilərin olduğu barədə iddialarına dair dəlil təqdim etmədiyinə görə onu tənqid edib.

ABŞ Prezidenti Donald Tramp miqrant karvanını öz ölkəsinə buraxmayacağını aydın edib.
ABŞ Prezidenti Donald Tramp miqrant karvanını öz ölkəsinə buraxmayacağını aydın edib.

Jurnalistlər tərəfindən müsahibə edilən bir çox mühacir ABŞ-da daha firavan və təhlükəsiz həyat axtardıqlarını deyir.

7000-dən çox insanın olduğu karvan Quatemala sərhədini keçdikdən sonra 75 kilometr məsafə qət edib və ABŞ-a çatmaq üçün hələ uzun yol getməli olacaq.

Prezident Tramp onları ölkəyə buraxmamaq üçün hərbi qüvvələrdən istifadə edəcəyi ilə hədələyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG