Accessibility links

Donald Tramp Kim Conq Una təşəkkür edib


Koreya Müharibəsində həlak olan ABŞ əsgərlərinin qalıqları Birləşmiş Ştatlara gətirildikdən sonra ABŞ prezidenti Donald Tramp cümə axşamı günü Twitterdə Şimali Koreya lideri Kim Conq Unqa təşəkkür edib.

Tramp Twitter mesajının sonunda “Mən yaxın zamanda sizi görməyə ümid edirəm” yazaraq, ötən ay Sinqapurda keçirilən tarixi sammitdən sonra yeni bir görüşün baş tuta biləcəyinə işarə edib.

Sammit zamanı Kim “Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə” razılaşıb, amma Kim ilə Trampın imzaladığı sənəddə Şimali Koreyanın necə və nə zaman nüvəziləşəcəyinə dair məlumat yer almır.

Ötən həftə ABŞ dovlət katibi Mayk Pompeo Şimali Koreyanın nüvə proqramından əl keçmək vədinə baxmayaraq, hələ də nüvə bombaları üçün yanacaq istehsal etdiyini deyib.

The Washington Post qəzeti isə yazır ki, ABŞ-ın kəşfiyyat idarələri peyk görüntüləri vasitəsilə Şimali Koreyanın Sanumdonqdakı böyük araşdırma obyektində yeni raketlər inkişaf etdirdiyinə dair işarələr aşkar edib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG