Accessibility links

Donald Tramp Kim Conq Unla yaxın gələcəkdə görüşəcəyini bildirib


ABŞ prezidenti Donald Tramp çərşənbə günü Şimali Koreya lideri Kim Conq Undan "əla məktub" aldığını deyib və çox güman ki, yaxın gələcəkdə onunla görüşəcəyini bildirib.

“Məktub əla məktubdur. Biz Şimali Koreya ilə çox irəliləyiş əldə etmişik. Kim Conq Unla mən həqiqətən də yaxşı münasibətlər əldə etmişik” - deyə, Donald Tramp bildirib.

Tramp bu şərhi Kimin Vaşinqton hökumətinin ölkəni nüvəsizləşdirməyə məcbur etmək üçün sanksiyalar tətbiq etməyə davam etdiyi təqdirdə ABŞ-la əldə edilən müsbət münasibətlərin pisləşə biləcəyi barədə xəbərdarlığından bir gün sonra verib.

Yeni İl çıxışında Kim Şimali Koreyanın bundan sonra nüvə silahı inkişaf etdiməyəcəyini, nüvə sınaqları keçirməyəcəyini və arsenalını istifadə və ya inkişaf etdirməyəcəyini vəd edərkən fikrində qəti idi. Kim bu il Trampla bir daha görümək üçün hazır olduğunu əlavə edib.

Kim və Tramp Sinqapurda keçirilən tarixi görüşdə qeyri-müəyyən razılıq imzalayıb. Lakin heç bir imtiyazlar edilmədən Vaşinqtonun tam nüvəsizləşdirilmə çağırışları ilə Pxenyanın razılaşmaması danışıqların dayandırılmasına səbəb olub.

Şimali Koreya həmçinin, ABŞ və Cənubi Koreyadan ilk növbədə düşmənçiliyə son qoyulması barədə rəsmi sülh qətnaməsi hazırlamalarını və 1953-cü ildə Koreya Müharibəsi bitəndən bəri qüvvədə olan atəşkəsin əvəz edilməsini tələb edir.

Tənqidçilər sülh bəyannaməsinin ABŞ qüvvələrinin Cənubi Koreyada mövcudluğunun əsaslandırılmasını sarsıda biləcəyindən ehtiyat edir.

XS
SM
MD
LG