Accessibility links

Donald Tramp Türkiyəni hədələyib


Prezident Donald Tramp Türkiyəyə xəbərdarlıq edir ki, əgər ABŞ qüvvələri Suriyadan çıxandan sonra kürdlərə hücum etsə, Türkiyə iqtisadi fəlakətlə üzləşə bilər.

“Əgər Türkiyə kürdləri vursa, onları iqtisadi baxımdan viran edəcəyik. 32 kilometrlik təhlükəsizlik zonası yaradılmalıdır” - deyə, Tramp Twitter hesabında yazıb.

“Eynilə, kürdlərin də Türkiyəni provokasiya etməsini istəmirik”, Tramp əlavə edib, lakin heç bir əlavə məlumat paylaşmayıb.

“Rusiya, İran və Suriya ABŞ-ın uzun müddətdir Suriyada İŞİD-i məhv etmək siyasətindən ən çox faydalananlardır - təbii düşmənlər” - deyə, o tvit atıb.

Kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri Birləşmiş Ştatların Suriya daxilində İŞİD militantlarına qarşı mübarizədə ən yaxın müttəfiqlərindən idi.

Türkiyə YPG-nin terror qrupu hesab etdiyi Kürdüstan Fəhlə Partiyasına (PKK) bağlı olduğunu bildirir. Bu səbəbdən də amerikalılar Suriyadan çıxandan sonra Türkiyənin kürd döyüşçülərə hücum edəcəyinə dair narahatlıqlar mövcuddur.

XS
SM
MD
LG