Accessibility links

Donald Tramp vergi siyasətinin dəyişdirilməsinə çağırır


2016-cı ildə ABŞ prezident seçkilərində Respublikaçılar partiyasından namizədlər arasında irəlidə gedən daşınmaz əmlak maqnatı, milyarder Donald Tramp az gəlirli amerikalılar üçün vergilərin ləğv edilməsi, özü də daxil olmaqla zənginlər üçün isə vergilərin artırılmasına çağırıb.

Nyu-Yorkda malik olduğu Tramp Qülləsi adlanan göydələnin lobbisində vergilərin dəyişdirilməsi planını açıqlayan Donald Tramp “bu, mənə baha başa gələcək” deyib.

O bildirib ki, bu təklif iqtisadiyyatın inkişafına, hamının işə cəlb olunmasına xidmət edəcək.

Tramp illik gəliri 25 min dollardan az olan ayrı-ayrı şəxslər və 50 min dollardan az gəliri olan ailələr üçün vergilərin ləğv edilməsinə çağırır. ABŞ-da bu qrupa daxil olan insanlar ya çox aşağı vergi ödəyir, ya da vergidən azad edilib.

Donald Tramp eyni zamanda, korporasiyalar üçün vergilərin 35 faizdən 15 faizə, ayrı-ayrı şəxslər üçünsə vergilərin ən yüksək 39,5 faizdən 25 faizə endirilməsini təklifini irəli sürüb.

Bütün bunlarla yanaşı o həmçinin zəngin vergi ödəyənlər üçün müxtəlif güzəştlərin də azaldılmasını təklifi edib və bunun nəticəsində özünün də böyük miqdarda pul itərəcyini deyib. O əlavə edib ki, vergi planı ölkənin 19 trilyonluq borcunun artmasına gətirib çıxarmayacaq.

Donald Tramp ABŞ-ın başqa ölkələrlə ticarətə dair müqavilələrini yenidən nəzərdən keçirməyə çağırıb.

Respublikaçı seçicilər arasında keçirilən rəy sorğularına əsasən, Donald Tramp artıq bir neçə aydır partiyadan prezidentliyə nominasiya almaq üçün yarışa qoşulmuş 15 namizəddən irəlidədir.

XS
SM
MD
LG