Accessibility links

Donald Tramp Vladimir Putinlə görüşü ləğv etdi


Prezident Tramp xanımı Melania ilə birlikdə sammitdə iştirak etmək üçün Argentinaya yola düşür. 29 noybar, 2018. Endryuz Hava Bazası, Merilend, ABŞ. (AP Foto/Pablo Martinez Monsivais)
Prezident Tramp xanımı Melania ilə birlikdə sammitdə iştirak etmək üçün Argentinaya yola düşür. 29 noybar, 2018. Endryuz Hava Bazası, Merilend, ABŞ. (AP Foto/Pablo Martinez Monsivais)

Rusların Qara Dənizdə Ukrayna gəmilərini ələ keçirməsinə cavab olaraq ABŞ prezidenti Donald Trump Rusiya prezidenti Vladimir Putinlə Böyük İyirmilik sammitində planlaşdırılan görüşü ləğv edib.

Bu barədə Tramp Tvitterdə yazıb.

“Gəmilərin və dənizçilərin Rusiyadan Ukraynaya hələ də qaytarılmamasını nəzərə alaraq qərara gəldim ki, Argentinada prezident Vladimir Putinlə nəzərdə tutulan görüşümü ləğv etməyim əlaqədar tərəflərin hamısı üçün yaxşı olar,” Tramp yazıb.

“Gəmilərin və dənizçilərin Rusiyadan Ukraynaya hələ də qaytarılmamasını nəzərə alaraq qərara gəldim ki, Argentinada prezident Vladimir Putinlə nəzərdə tutulan görüşümü ləğv etməyim əlaqədar tərəflərin hamısı üçün yaxşı olar.”

Noyabrın 30-da Argentinada başlanan G20 sammitinə yollanmazdan əvvəl ABŞ prezidenti deyib ki, “bu situasiya həll olunduqdan sonra daha bir mənalı sammitin keçiriləcəyini gözləyir”.

Ukrayna hərbçisi rusiyapərəst separatçılarla cəbhə xəttində. Şiroknye, Şərqi Ukrayna. 28 noyabr, 2018. Prezident Petro Poroşenko Rusiyanın təcavüzkar əməllərinə cavab olaraq ölkədə hərbi vəziyyət elan edib.
Ukrayna hərbçisi rusiyapərəst separatçılarla cəbhə xəttində. Şiroknye, Şərqi Ukrayna. 28 noyabr, 2018. Prezident Petro Poroşenko Rusiyanın təcavüzkar əməllərinə cavab olaraq ölkədə hərbi vəziyyət elan edib.

Putinin sözçüsü Dmitri Peskov cümə axşamı gecə saatlarında dövlət telekanallarının birinə bildirib ki, Trampın görüşü ləğv etməsi o deməkdir ki, Putinin mənalı görüşlər keçirmək üçün bir neçə əlavə saatı olacaq.

Ötən həftə Rusiya qüvvələri ilhaq olunmuş Krımın sahillərində Ukrayna gəmilərinə atəş açaraq üç gəmini və 24 dənizçini saxlayıblar.

Noyabrın 26-da ABŞ dövlət katibi Mayk Pompeo demişdi ki, Rusiyanın Ukrayna gəmilərini tutması “təhlükəli eskalasiya və beynəlxalq qanunun pozulmasıdır”.

ABŞ Rusiya aqresiyası qarşısında Ukraynanı dəstəkləyir
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Vaşinqtonda Dövlət Departamentinin sözçüsü Heather Nauert Moskvanın hərəkətlərini qınayıb.

"Rusiyanın Ukraynaya qarşı təcavüzkar davranışının artması təhlükəli haldır. ABŞ Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edir. Dövlət katibi və prezidentin həm Ukrayna hökuməti, həm də xüsusilə prezident Poroşenko ilə çox güclü münasibətləri var," Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib.

Nauert əlavə edib ki, dövlət katibi Mayk Pompeo növbəti həftə NATO görüşündə iştirak etmək üçün Brüsselə səfər edəcək. NATO görüşünün əsas movzusunun Ukrayna olacağı gözlənilir. Sözçü Nauert Avropa ölkələrindən Kievə daha çox kömək etməyə çağırış edib.

Bir sıra xarici siyasət ekspertləri də Rusiyanı gərginliyi gücləndirməkdə günahlandırıb.

"Biz bilirik ki, bu Rusiyanın səhvidir. Onlar hələ də ukraynalı dənizçiləri əsir kimi saxlayırlar. Bu da müasir sivil dövlət tərəfindən qəbulolunmaz bir hərəkətdir," Beynəlxalq Respublikaçı İnstitutunun siyasi analitiki Jan Surotçak qeyd edib.

Biz bilirik ki, bu Rusiyanın səhvidir. Onlar hələ də ukraynalı dənizçiləri əsir kimi saxlayırlar.

Surotçak əlavə edib ki, Moskva son 5 ildir Ukraynanı qeyri-stabilləşdirməyə çalışır.

"İndi onlar bir daha göstərməyə çalışırlar ki, Ukrayna öz sərhədini qorumaq iqtidarında deyil və və hökümət də qanunsuzdur. Bununla da Moskva demək istəyir ki, Ukraynanın demokratik ölkə kimi çiçəklənməsinə imkan verməyəcək"-deyə, o bildirib.

Bəzi ekspertlər gərginlik zəncirinin gələcəkdə nəzarətdən çıxa biləcəyi ilə bağlı xəbərdarlıq edib.

XS
SM
MD
LG