Accessibility links

Honq Konqun sabiq lideri Donald Tsanq korrupsiya ittihamı ilə həbsə məhkum edilib


Honq Konq məhkəməsi Çinin ərazisinin sabiq lideri Donald Tsanqı vəzifəsindən sui-stifadədə təqsirli bilərək onu 20 ay həbsə məhkum edib.

72 yaşlı Tsanq hökumətdən rəqəmsal yayım lisenziyası əldə etməyə çalışan kommunikasiya şirkətində bir investorla lüks mənzili kirayələyən zaman apardığı danışıqlar barədə məlumatı açıqlamadığına görə ötən həftə təqsirli bilinib.

Bu ittiham 2005-2012-ci illərdə Honq Konqu idarə edən Tsanqın uzun və şöhrətli karyerasında ləkə kimi qəbul edilir.

O, Honq Konq tarixində cinayətdə təqsirli bilinən ilk yüksək səviyyəli rəsmidir.

Bu il sentyabr ayında məhkəmə ona qarşı yeni rüşvət ittihamı irəli sürməyə haızlraşır. Münsiflər məhkəməsi məsələ ilə bağlı yekdil qərar çıxara bilməyib.

Şəffaf hökumət statusuna malik Honq Konq ərazisində ötən illər içtimai sahələrdə korrupsiya halları müşahidə edilib.

XS
SM
MD
LG