Accessibility links

Barak Obamanın milli təhlükəsizlik müşaviri Tom Donilon istefa verir


ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik müşaviri Tom Donilon istefa verir. Onu ABŞ-ın BMT-dəki səfiri Suzan Rays əvəz edəcək.

Donilon prezidentin hakimiyyətə gəlməsindən bəri onun xarici siyasət üzrə məsləhətçisi olub. Obamanın dərin etimadına malik olan Suzan Rays Konqresin respublikaçı üzvlərinin Amerikanın Benqzidəki səfirliyinə qarşı hücuma görə tənqidləri altındadır.

Rays hücumun gözlənilməz olduğunu demiş, yalnız sonradan bunun həqiqətə uyğun olmadığı aşkar edilmişdi.

ABŞ-ın BMT-dəki səfiri sabiq dövlət katibi Hillari Klintonun yerinə nominasiya edilmiş, lakin respubliakçıların tənqidindən sonra namizədliyini geri çəkmişdi.

Milli təhlükəsizlik müşaviri Senatın təsdiqini əldə etməlidir. ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə isə sabiq jurnalist, Obamanın məsləhətçisi Samanta Pauer nominasiya ediləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG