Accessibility links

4 ayaqlı robot [Video]


Sürixdə mühəndislər gələcəkdə insanlar üçün təhlükəli olan işləri görə biləcək dörd ayaqlı robot düzəldib. Bu robota termik kameralar yerləşdirilib. Bu isə o deməkdir ki, “ANYmal” adlı robotun gözə həmişə sizin üzərinizdə olacaq.

Bu dörd ayaqlı robotdur. Onun adı isə ANYmaldır. O lifti çağırıb, özü istədiyi mərtəbənin düyməsini basa bilir. Robot həm də sənaye məkanlarında gəzəndə pilləkanları da asanlıqla qalxıb-düşür.

Dörd ayaqlı sistemlərin üstünlüyü ondan ibarətdir ki, biz bir tərəfdə statik olaraq sabit hərəkət edə bilərik. Bu o deməkdir ki, biz hər dəfə bir ayağı tərpədirik, yəni robot hər zaman sabitdir. Motorunu söndürsək, robot yıxılmayacaq.
Marko Hanter

“Dörd ayaqlı sistemlərin üstünlüyü ondan ibarətdir ki, biz bir tərəfdə statik olaraq sabit hərəkət edə bilərik. Bu o deməkdir ki, biz hər dəfə bir ayağı tərpədirik, yəni robot hər zaman sabitdir. Motorunu söndürsək, robot yıxılmayacaq. Bunu biz kritik vəziyyətlərdə, əngəllərin olub-olmadığınını bilmədiyimiz yerlərdə tətbiq edirik”, deyə Autonomous Systems Laboratoriyasından Marko Hanter bildirir.

Bu robotu İsveçdə fəaliyyət göstərən ANYbotics adlı şirkət yaradıb. Onlar bu robotu kommersiya istifadəsi üçün satışa çıxarmağı ümid edirlər. Robot lazerlə idarə olunan sistem vasitəsilə hərəkət edir. Həmin sistem robotun istiqamətini müəyyən edir və əngəllərdən yayınmasına yardım edir.

“Biz həm də dinamik olaraq sabit şəkildə hərəkət edə bilərik, yəni sistem özü hər addımbaşı özünü tarazlaşdırır və bir anda bir neçə ayağını birdən tərpədə bilir və o bunu hətta mən onu itələsəm, və ya ayağının altına nə isə qoysam belə edir, çünki o bunu hiss edir və ayağını hara qoymalı və üzləşdiyi problemləri hecə həll etməli olduğunu planlaşdırır”, Hanter deyir.

Qazı aşkar edən sensorlar ANYmal-ı neft və qaz platformaları eləcə də mədənlərdə çalışan insanların yaxın dostuna çevirə bilər. Onun dörd ayağının verdiyi sabitlik isə onun gələcəkdə axtarış və xilasetmə işlərinə yardım etməsinə gətirib çıxara bilər.

Termik kameraları robotu adi nəzarət üçün yararlı edir. Bu da o deməkdir ki, bir gün ANYmal siz onu izlədiyinizdə sizi izləyə bilər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG