Accessibility links

Güclənmiş Dorian qasırğası Cənubi Karolina sahillərinə doğru irəliləyir


Prezident Donald Tramp Ağ Evdə müxbirlərlə söhbətində Dorian qasırğası haqda aldığı brifinqdə nümayiş etdirilən xəritəni göstərir. 4 sentyabr, 2019.
Prezident Donald Tramp Ağ Evdə müxbirlərlə söhbətində Dorian qasırğası haqda aldığı brifinqdə nümayiş etdirilən xəritəni göstərir. 4 sentyabr, 2019.

Dorian qasırğası Baham adalarını viran qoyduqdan sonra güc toplayaraq Birləşmiş Ştatların Atlantik sahilləri ilə şimala doğru irəliləyir və mümkündür ki, cümə axşamı gecə saatlarında Cənubi Karolina ştatını vursun.

BMT Baham adalarını vuran ən güclü qasırğadan sonra oradakı 70 min sakinin hümanitar yardıma ehtiyacı olduğunu bildirib.

Norveç Baham adalarında yerləşən Equinor enerji şirkəti terminalındakı çənlərdən yanacağın ətrafa töküldüyünü, lakin itkinin nə həcmdə olduğunun müəyyən edilmədiyini, dənizdə neftin olmadığını deyib.

Səmadan çəkilmiş videolarda qasırğanın Baham adalarının şimalındakı Abako adasınının limanının, mağazaların, idarələrin, xəstəxanaların və aeroportun tamamilə viran qoyduğunu görmək olur.

Karib dənizinin ən güclü qasırğalarından sayılan, 5-cı kateqoriyalı Dorian Baham adalarında azı 20 nəfərin ölümünə bais olub.

Baş nazir Hubert Minnis mətbuat konfransında verdiyi açıqlamada deyib ki, dağıntıların miqyası sular çəkildikdən sonra aydın olub.

Birləşmiş Ştatların Milli Qasırğa Mətkəzinin bildirdiyinə görə, Cənubi Karolina ştatı qasırğaya hazırlaşır.

Qasırğanın populyar Myrtle Beach sahilini hündürlüyü 2 metrə çatacaq dalğalarla vuracağı gözlənilir.

Florida, Corciya, Şimali Karolina və Cənubi Karolinadan 2,2 milyondan çox insanın evakuasiya edilməsinə əmr verilsə də, qasırğa Floridanı birbaşa vurmayıb.
XS
SM
MD
LG