Accessibility links

ABŞ Dövlət Departamenti Azərbaycanda terror təhlükəsi barədə xəbərdarlıq edib


ABŞ Dövlət Departamenti Azərbaycanda terror təhlükəsi barədə xəbərdarlıq edib
ABŞ Dövlət Departamenti Azərbaycanda terror təhlükəsi barədə xəbərdarlıq edib

ABŞ-ın Bakıdakı səfirliyi Dövlət Departamentinin teror hədəsi barədə məlumatlara əsasən Azərbaycanda ABŞ-ın maraqları və başqa hədəflərə qarşı potensial hücumların baş verə biləcəyi barədə ABŞ vətəndaşlarını xəbərdar edib. Səfirliyin və Dövlət Departamentinin saytlarında yayılan məlumatda deyilir ki, Azərbaycandakı ABŞ vətəndaşları xüsusi ilə Qərblə əlaqəsi olan ictimai yerlərdə sayıq olmalıdırlar. Məlumatda ABŞ vətəndaşları diqqətli olmağa, öz təhlükəsizlikləri barədə sayıq hərəkət etməyə, təkrar olunan günlük fəaliyyət planlarında dəyişikliklər etməyə, evdən işə, işdən evə həmişə istifadə etdiklərindən fərqli yollardan getməyə çağrılırlar. Dövlət Departamenti və ABŞ səfirliyi hədənin mahiyyəti haqqında ətraflı məlumat verməyiblər.

XS
SM
MD
LG