Accessibility links

ABŞ-ın Liviyadakı səfiri ölümündən sonra mükafatlandırılıb


ABŞ Dövlət katibi Hillari Klinton ABŞ-ın Liviyada qətlə yetirilən səfiri Kristofer Stivensin diplomatiyasını təqdir edərək, onu “qəhrəman” adlandırıb.

O, Stivens və qətlə yetirilən digər əməkdaşlar üçün təşkil edilmiş anım mərasimində onları Ortaq Zəmin mükafatı ilə təltif edib. Bu mükafat münaqişələrin həlli, danişıqlar və sülh yaratmaq səylərində xüsusi əməyi olmuş şəxslərə verilir.

Klinton bildirib ki, Dövlət Departamenti və Müdafiə Nazirliyi Liviyada Stivens kimi xaricdə fəaliyyət göstərən yüksək vəzifəlilərin təhlükəsizliyinin təkmilləşdirilməsinə ehtiyac olub-olmadığını araşdırır.

Stivens və digər üç amerikalı 2012-ci il sentyabır ayının 11-də ABŞ-ın Benqazidəki konsulluğuna qarşı silahlı basqın nəticəsində qətlə yetirilib.

O, Stivensin qətlində heç vaxt adi liviyalıları təqsirləndirmədiyini bildirib.
XS
SM
MD
LG