Accessibility links

ABŞ Ukraynada bütün tərəfləri sakitliyi qorumağa çağırıb


Jen Psaki
Jen Psaki

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bazar ertəsi brifinqdə Birləşmiş Ştatların Ukraynada bütün tərəfləri sakitliyi qorumağa çağırdığını bəyan edib. O deyib ki, rəsmi Vaşinqton demokratik gələcək qurmağa çalışan bir ölkədə nümayişçilərə qarşı zorakılığı qəbuleduilməz hal hesab edir. “Demokratik gələcək qurmağa çalışan bir ölkədə nümayişçilərə qarşı zorakılıq qəbuledilməzdir. Biz nümayişləri diqqətlə izləmyə davam edirik. Zorakı insidentlərin sayı artır. Biz Ukrayna hökumətini xalqın söz və toplaşma azadlıqlarından istifadə etmək hüququ verməyə və jurnalislərin öz işini görmək imkanı yaratmağa çağırırıq”-deyə Cen Psaki bildirib.

Dövlət Departamentinin sözçüsü ABŞ hökumətinin Yuliya Timoşenkonun həbsilə bağlı dəfələrlə narahatlığını ifadə etdiyini əlavə edib. Cen Psaki bu istiqamətdə inkişafın olmadığını qeyd edib.

ABŞ Dövlət katibi Con Kerrinin Moldovaya qarşıdan gələn səfəri, Kiyevə isə səfərinin təxirə salınması ilə bağlı Cen Psaki Moldova səfərinin Ukraynanın Avropa İttifaqı ilə razılığı imzalamamaq qərarından öncə planlaşdırıldığını deyib. “Son zamanlar Moldova iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıb və islahatlar həyata keçirib. Dövlət katibi bu səfərdən istifadə etmək imkanını vacib sayır”-deyə Cen Psaki əlavə edib.

Dövlət Departamentinin nümayəndəsi Dövlət katibi Kerrinin Ukrayna Xarici İşlər nazirliyinin nümayəndələri ilə əlaqə yaratmadığını da qeyd edib.
XS
SM
MD
LG