Accessibility links

Ukrayna Rusiyanın pilotsuz təyyarələrini vurub, Zelenski yardıma görə ABŞ-a təşəkkür edib


Ukrayna ordusunun cümə axşamı bildirdiyinə görə, Rusiya qüvvələri gecə boyu hücuma Azov dənizi yaxınlığından səkkiz pilotsuz təyyarədən istifadə edərək keçib.

Ukrayna Hərbi Hava Qüvvələri Telegram kanalında Hava Hücumundan Müdafiə Qüvvələrinin Dnepropetrovsk, Kirovohrad və Zaporijye vilayətləri üzərində pilotsuz təyyarələrdən yeddisini vurduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi cümə axşamı bildirib ki, qüvvələri Ukraynanın Krımı hədəf alan iki pilotsuz təyyarəsinin hücumunun qarşısını alıb.

Ukrayna rəsmiləri cümə axşamı Panama bayraqlı yük gəmisinin Qara dənizdə Rusiya donanmasına aid minaya dəydiyini də bildirib.

Rəsmilərin dediyinə görə, gəmi taxıl yükləmək üçün Dunay çayı limanına doğru gedirmiş. Nəticədə gəmidə yanğın baş verib və iki nəfər yaralanıb.

Ukrayna prezidenti Volodimir Zelenski 250 milyon dollarlıq yeni yardım paketinə görə ABŞ-a təşəkkür edib və cümə axşamı hərbi yardımın "Ukraynanın ən vacib ehtiyaclarını ödəyəcəyini" deyib.

"Təkcə Ukraynada və Avropada deyil, həm də ABŞ-da azadlıq və təhlükəsizliyi müdafiə etmək üçün biz Rusiyanın davam edən təcavüzünə mümkün qədər güc və qətiyyətlə cavab verməyə davam etməliyik", Zelenski əvvəllər Twitter kimi tanınan X səhifəsində yazıb.

Birləşmiş Ştatlar Ukraynaya yeni - bu il yekun hərbi yardım paketi ayırdığını elan edib.

Bayden administrasiyası Yeni İldən əvvəl daha bir yardım paketi göndərməyi planlaşdırdığını bəyan etmişdi. Lakin Konqres əlavə vəsaiti təsdiqləməsə, bunun sonuncu yardım olacağını bildirmişdi.

Forum

XS
SM
MD
LG