Accessibility links

Dünya ölkələri döyüş robotları inkişaf etdirməyə çalışır [Video]


Dronlar artıq demək olar hər bir ordunun arsenalında yer aldığı üçün, müdafiə avadanlıqları sənayeləri digərlərindən geridə qalmamaq məqsədilə quruda və su altında hərəkət edəcək robotlar inkişaf etdirir. Bunun üçün lazım olan texnologiyanın böyük hissəsi isə artıq sənaye robotları və avtomobil sənayesində sürətlə inkişaf edən özü idarə olan maşınları üçün hazırlanıb.

Tanınmış intellektuallar və insan haqları qrupları “killer robot”lara qadağa tətbiq olunmasına çağırır. Amma bəziləri də deyir ki, bunun üçün artıq çox gecdir. Silahlı hava dronları artıq hər bir ordunun arsenalında standart bir avadanlığa çevrilib, ona görə diqqət artıq quru və sualtı mühitə yönəlir.

Killer robotlarına qarşı etiraz
Killer robotlarına qarşı etiraz

“Hazırda hər kəs fərqli, müxtəlif model və ölçülərdə pilotsuz təyyarələr idarə edir. İndi də diqqət quruya yönəlir. Necə ki, sənaye və kommersiya maşıları sahəsində yarı-avtonom robotlar görürük, ordu da artıq onlardan geri qalmır”, deyə Rheinmaetall Defense-dən Alen Trembley bildirir.

Almaniyalı istehsalçı Rheinmetall tərəfindən inkişaf etdirilən kiçik robot maşın ölümcül silahlar daşımağa uyğunlaşa bilər. İstehsalçı iddia edir ki, robot dostları düşmənlərdən ayırd edə biləcək və insan operatorlarının göstərişlərini yerinə yetirəcək.

Lakin Human Rights Watch kimi insan haqları təşkilatları avtonom robot silahlarının təhlükələri ilə bağlı narahatlıqlarını ifadə edib.

“Bizi müharibə zamanı barbarlıqdan uzaq tutan yeganə şey əsgərlərlə mülki şəxlər arasındakı fərqdir. İndi isə biz gələcəyin robot silahının əlində dondurma tutan uşaq ilə silah tutan insanı bir-birindən ayırd etməməsindən qorxuruq”, Human Rights Watch-un Birləşmiş Krallıq ofisinin direktoru Deyvid Mefam söyləyir.

Bizi müharibə zamanı barbarlıqdan uzaq tutan yeganə şey əsgərlərlə mülki şəxlər arasındakı fərqdir. İndi isə biz gələcəyin robot silahının əlində dondurma tutan uşaq ilə silah tutan insanı bir-birindən ayırd etməməsindən qorxuruq.
Deyvid Mefam

Getdikcə qütbləşən bu dünyada ölkələr potensial düşmənin münaqişə zamanı üstünlük əldə etməsinə yardım edəcəyi texnologiya inkişaf etdirəcəyindən narahatdır. Ekspertlər deyir ki, robot və nanotexnologiya sahəsində irəliləyişlər gələcəkdə münaqişələrin suyun altında aparılmasına gətirib çıxara bilər. Ona görə də həmin sahədə çox sayda araşdırmalar aparılır.

“Bütün dünya təbii resurslar axtarışında dənizə üz tutur. Həmçinin bir çox operatorun suda hərəkət etməsi avtonom gəmilər sayəsində asanlaşdırılıb. Bu isə o deməkdir ki, Krallıq donanması Birləşmiş krallığın maraqlarını dəstəkləmək məqsədilə təhlükəsizlik və müdafiə qabiliyyətini təmin etmək üçün qabaqcıl texnoloji düşüncəyə sahib olmalıdır”, Krallıq donanmasının robotlar üzrə zabiti Piter Pipkin deyir.

Bu ilin əvvəli 28 ölkədən 100-dən çox robot və süni intellekt şirkətinin 126 təsisçisi və direktoru hökümətləri avtonom silahlara tam qadağa tətbiq etmək üçün tədbir görməyə çağıran açıq məktub imzalayıb. Lakin hələ ki, heç bir tədbir görülməyib.

XS
SM
MD
LG