Accessibility links

Səudiyyə Ərəbistanının neft obyektlərinə dron hücumları narahatlıqların artmasına səbəb olub


Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlar gərginlikləri artırıb
please wait

No media source currently available

0:00 0:01:46 0:00

ABŞ prezidenti Donald Tramp deyib ki, Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumun axxasında İran dura bilər. Lakin o, Tehranın məsuliyyət daşıdığını göstərən dəqiq sübut əldə edilməyincə, heç bir cavab tədbiri görülməyəcəyini bildirib.

Səudiyyə Ərəbistanının neft obyektlərinə dron hücumları narahatlıqların artmasına səbəb olub.

ABŞ prezidenti Donald Tramp Bəhreyn şahzadəsi Salmanla görüşü zamanı bildirib ki, belə görünür ki, həftəsonu Səudiyyə Ərəbistanının neft emalı zavodlarına edilən hücuma görə məsuliyyəti İran daşıyır.

"Müəyyən etdikdə sizə bildirəcəyik. Lakin belə görünür", prezident deyib.

Tramp əlavə edib ki, ABŞ hərbi münaqişə istəməsə də, buna hazırdır.

"Bu, olduqca genişmiqyaslı hücum idi. Ölkəmiz bundan daha böyük hücuma keçə bilərdi. Lakin ilk öncə bunu kimin etdiyini müəyyən etməliyik" , Tramp bildirib.

Hücumun məsuliyyətini İranın dəstəklədiyi Yəmən husiləri üzərinə götürüb.

Tehran isə hücumlarla əlaqəsini inkar edərək, bunu "maksimum yalan" adlandırıb.

"Yəmən xalqı özünü müdafiə hüququndan istifadə edir. Hücumlar qarşılıqlıdır. Onlar dayandırılmalı və Yəmən böhranı siyasi yolla həll edilməlidir", İran prezidenti deyib.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits hücumun ciddi nəticələr verəcəyini deyib.

"Son dərəcə ciddi insident regional qarşıdurma şansını artırır və yaxınlaşma şansını daha da zəiflədir."

Hücumlara baxmayaraq, Tramp diplomatiyaya üstünlük verdiyini deyib.

Regiondakı durum neft qiymətlərinin artmasına səbəb olub.

Səudiyyə Ərəbistanı BMT və beynəlxalq ekspertləri araşdırmalarda iştiraka çağırır.

XS
SM
MD
LG