Accessibility links

"Dumb and Dumber" filminin yeni versiyası çəkilir


20 ildir tamaşaçılar məhz bunu gözləyirdi. Ceff Daniels və Cim Kerri məşhur Dumb and Dumber filminin yeni nəslin maraqlarına uyğun yeni variantının çəkilişinə başlayıb.

Harri ilə Loyd obrazlarını yaradan Ceff Daniels və Cim Kerri eynən həmin geyim və unudulmaz saç stili ilə yenidən ekranlara qayıdır.

Eksklüziv səhnə Atlantada gedən çəkilişlər zamanı kameralara tuş gəlib. Kifayət qədər gülünc görünən Harri ilə Lloydun sərgüzəştləri elə bil heç bitməmişdi.

Bu səhnədə isə dostlar biri-birini gördükdə hədsiz dərəcədə sevinərək qucaqlaşır.

Hə, yeni komediya filmində Oskar qalibi Cennifer Laurensin də iştirak edəcəyi deyilir.

O, əvvəllər Dumb and Dumber filminin birinci variantında işlənilən sözlərin hər birini xatırladığını deyib. Ola bilsin ki, bu bacarıq ona yeni filmdə çəkilərsə, köməyinə gələcək. Bir filmdə bu qədər məşhur? Şübhə yoxdur ki, tamaşaçılar filmin ekranlara çıxmasını səbirsizliklə gözləyir.
XS
SM
MD
LG