Accessibility links

Dünya boyu azad mediaya qarşı təhlükələr artır [Video]


Dünya boyu azad mediaya qarşı təhlükələr artır
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Dünya boyu azad mediaya qarşı təhlükələr artır

Bu həftə Kabildə baş vermiş bomba partlayışından sonra jurnalistlər xəbər hazırlamaq üçün hadisə yerinə gəldikdə, mətbuat nümayəndəsi kimi gizlənmiş digər İŞİD intiharçı bombaçısının özünün partlatması nəticəsində doqquz nəfər jurnalist həyatını itirdi.

Bu hadisə münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin necə təhlükələrlə qarşılaşdığının bariz xatırlatması idi. Müharibə şəraitində olan ölkələr hələ də media üçün ən təhlükəli yerlərdir. Lakin bu gün müharibə mətbuat azadlığı üçün yeganə təhdid deyil.

Sərhədsiz Reportyorlar tərəfindən dərc olunan illik mətbuat azadlığı indeksinə əsasən mediaya qarşı düşmənçilik təkcə avtoritar ölkələrdə yox, bütün dünya üzrə artmaqdadır.

Məsələn, ABŞ indeks göstəricisində 45-ci yerə düşüb. Sərhədsiz Reportyorlar jurnalistlərə "xalqın düşmənləri" kimi istinad edən prezident Donald Trampı "mediaya zərbə həvəskarı" adlandırıb. Qrupun məlumatına görə, ABŞ-da jurnalistlərə qarşı edilən həbs və şiddət halları keçən il daha da artıb.

Jurnalistləri Müdafiə Komitəsinin verdiyi məlumata görə, ötən il Türkiyə, Çin və Misir kimi ölkələr başda olmaqla dünya boyu fəaliyyətlərinə görə həbs olunan jurnalistlərin sayı ən yüksək həddə çatıb.

Mətbuat azadlığının ən yüksək olduğu region kimi qiymətləndirilən Avropada keçən il iki jurnalist fəaliyyətlərinə görə öldürülüb.

Freedom House-un yaydığı açıqlamada bildirilir ki, qlobal mətbuat azadlığı 13 il içində ən aşağı həddinə çatıb. Dünya əhalisinin yalnız 13 faizi həqiqi azad mətbuata sahib olan ölkədə yaşayır.

XS
SM
MD
LG