Accessibility links

Dünya ölkələri 2017-ci ili qarşılayır


Dünyanın böyük hissəsində 2017-ci ilin gəlişi atəşfəşanlıqlar, bayram şənlikləri, festivallarla qeyd edilir. Bir çoxları isə ötən il siyasətdə və sənət aləmində baş vermiş hadisələri kədərlə xatırlayır.

Yeni Zelandiya, Avtraliya və Rusiya 2017-ci yeni ili qarşılayan ilk ölkələr arasındadır.

Sidneydə Yeni il şənliyi
Sidneydə Yeni il şənliyi

Avstraliyada Sidneydə Yeni ilin gəlişi ənənəvi atəşfəşanlıq mərasiminə bir milyondan çox insan toplaşıb. Şou zamanı ötən il dünyasını dəyişmiş bir çox sənət ustaları arasında olan Deyvid Bovi və Cin Vilderin xatirəsi anılıb.
Tokio, Honq Konq və Pxenyanda da Yeni il şənlikləri atəşfəşanlıqla müşayiət olub.

Lakin dünyanın bir sıra yerlərində siyasi hadisələr və təhlükəsizliyə hədələr narahatlıqlar doğurur.

Berlin sakinləri dekabr ayında Milad yarmarkasında terror hücumundan sonra təkcə terrorizm təhlükəsi deyil, eyni zamanda, bu təhlükələr qarşısında Avropanın götürəcəyi istiqamət və qorxu hissi ilə bağlı narahatlıq keçirir.

Çində şənbə günü bir sıra şəhərlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Xəbər agentliklərinin verdiyi məlumata görə, Şanxayda atəşfəşanlıq qadağan edilib.

XS
SM
MD
LG