Accessibility links

Dünya Təmiz Su Günü


Dünya Təmiz Su Günü
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Martın 22-si Dünya Təmiz Su Günüdür. Bu ilin mövzusu Heç kim arxada qalmayacaqdır. UNİSEF və Dünya Səhiyyə Təşkilatına istinadən bildirilir ki, dünya boyu bir milyarda qədər insan təmiz, içməli sudan istifadə edə bilmir.

Ana Diona əvvəllər suyu Mozambikin bu, insanların həm çimdiyi, həm də paltarlarını yuduğu çayından götürürdü. "WaterAid America" təşkilatından Robin Fisher: "Təsəvvür edin, siz səhər evinizdə yuxudan durub su və ya təhlükəsiz bir yerdə ayaqyoluna getmək üçün kilometrlərlə yol qət edirsiniz."

O, başında su dolu qabla çayın kənarı ilə uzun yol getməli idi. Hələ bir il əvvəl onun uşaqları həmin su ilə dişlərini vıə üzlərini yuyurdu. Bu gün onun uşaqları təmiz su içir. Onlar suyu yaxınlıqdakı köşkdən ucuz qiymətə ala bilir. ADRA şirkətindən Ceyson Bruks: "Su olan yerdə hər şey etmək olar. Su olmayanda isə heç nə edə bilməzsən. Susuzluq inkişafa, sağlamlığa və məhsuldarlığa maneədir."

Ceyson Bruks, ADRA beynəlxalq su təşkilatının texniki məsləhətçisdir. O deyir ki, onun təşkilatı qeyri-hökumət təşkilatları ilə birlikdə su quyuları qazır və Mozambikdəki köşklərə su satır. O, belə layihələrin dünya boyu 7 minə qədər insanı işlə təmin edə biləcəyini deyir. "Biz yerli icmalar vıə icma liderləri olmadan iş görə bilmərik. Bu işdə təhlükəsizliyə kimsə cavabdeh olmalıdır."

Çünki syun axtartılıb tapılması üçün pul ödənir. ABŞ-ın Afrika Birliyi üzrə səfiri Arikana Çihombori Quao: “Biz qız uşağından başlaya bilərik. çünki qızlar validerynlərinə ev işlərində yardım etməli olur. Bunlardan biri də su əldə edilməsidir. .”

Yradım işçiləri ucqar bölgələrdəki səhiyyə klinikalarında su çatışmamazlığının olduğunu deyirlər. Arikana Çihombori Quao: "Bu insanlardan bəziləri təmiz su üçün üç, dörd, beş km-lərlə yol getməli olur. Əgər bu qızcığaz hamilə qalarsa o, su olmayan klinikaya getməli olacaq və bu onun üqçün nə demək olacaq."

Ekspertlər su infrastrukturununn yaradılması üçün çox maliyyə gərək olduğunu deyirlər. "Əgər sizin yollar salmağa puliunuz varsa, sizin İnternetə pulunuz varsa, sizin suya, ayaqyolu salınmasına da pulunuz olmalıdır " - deyə, Robin Fişer bildirir.

BMT su ehtiyacını insan haqlarının təməli hesab edir və 2030-cu ilədək bütün insanların suya çıxışının təmin edilməsinə çağırır. O günədək Dünya Su Günü 780 milyon insanın su ilə təmin edilməsinin xatırlanması günü olaraq qalacaq.

XS
SM
MD
LG