Accessibility links

Dəyirmi Masa: Türkiyədə konstitutsiya referendumu


Bu həftənin əvvəlində Türkiyədə konstitutsiyaya mühüm dəyişikliklər üzərində referendum keçirildi. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təşəbbüsü ilə keçirilən səsvermədə türk vətəndaşlar səs çoxluğu ilə dəyişikliklərə dəstək verdilər. Baş Nazir Rəcəb Təyyib Ərdoğanın “Evet” kampaniyasının uğru bəzi dairələr tərəfindən Türkiyəni demokratikləşməsinə nümunə, başqalarında isə Türkiyənin öz respublikaçı mahiyyətini itirmə riski kimi dəyərləndirilir. Referendum və Türkiyənin gələcək siyasi kursuna həsr olunmuş dəyirmi masa söhbətimizə Türkiyə Sənayeçiləri və İş adamları Dərnəyinin Vaşinqton Nümayəndəliyinin Prezidenti Abdullah Akyüz və Türkiyə üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədlini dəvət etdik.

Referendumun Türkiyənin siyasi tarixində rolunu şərh edən Abdullah Akyüz 1980-ci ildə qəbul edilmiş Konstitutsiyanın köhnəldiyini və onun Türkiyənin çağdaş siyasi amallarına uyğun gəlmədiyini bildirdi. Lakin məsələnin hakimiyyətlə iqtidar arasında siyasiləşdirilməsi gündəmin dəyişməsinə rəvac verdi. Nəticədə bəziləri bunu Ərdoğan hakimiyyəti tərəfindən bilərəkdən hakimiyyəti möhkəmləndirmək səyləri kimi qələmə verdilər. Eyni zamanda cənab Akyüz hesab etdiyini bildirdi ki, konstitutsiyada daha fundamental dəyişikliyə ehtiyac var. “1980-ci il Konstitutsiyasını kökündən dəyişəcək, bir konsensusla, siyasi partiyaların, vətəndaş cəmiyyəti qurumlarının qatılması ilə bir konstitutsiya hazırlamaq prosesini başlayarsa, bu, Türkiyə üçün çox böyük bir qazanc olacaq,” deyə cənab Akyüz bildirdi.

Ələsgər Məmmədli konstitutsiya üzrəində keçirilən referendumun sivil iradəsinin qələbəsi kimi qiymətləndirdi. O, qeyd etdi ki, məslənin referendum halında həll edilməsinə səbəb o, idi ki, hakim Ədalət və İnkişaf Partiyası Böyük Millət Məclisində kifayət qədər səs toplaya bilmədi. O, hesab etdiyini bildirdi ki, konstitutsiyada dəyişikliyin referendum yolu ilə təsdiq edilməsi prosesin daha qanuni mahiyyət almasına kömək etdi. Eyni zamanda referendum baş nazir Rəcəb Təyyib Ərdoğana etimad səsverməsi kimi də qiymətləndirilə bilər: “Türk siyasi cameəsi bu məsələni daha çox hakimiyyətin etimad məsələsinə çevirdi. Rəcəb Təyyib Ərdoğanın rəhbərlik etdiyi qüvvələr bu təkliflərə 58 faiz səs toplamaqla əslində etmadlarını təzələmiş oldular,” deyə Ələsgər Məmmədli bildirdi.

Referendumun mümkün mənfi aspektlərinə gəlincə, söhbət iştirakçıları türk cəmiyyətində müəyyən qütbləşmənin müşahidə olunduğunu bildirdilər. Eyni zamanda onlar ümid etdiklərini bildirdilər ki, demokratik vasitələrlə qəbul edilən ölçülər Türkiyənin ümumilikdə demokratikləşməsinə yardımçı olacaq.

XS
SM
MD
LG