Accessibility links

Nijeqorod vilayətində hərbi zavoda dronlarla hücum edilib


Martın 1-nə keçən gecə Nijeqorod vilayətinin Dzerjinsk şəhərindəki Sverdlov zavodunun yerləşdiyi sənaye zonasına pilotsuz təyyarələrlə hücumlar edilib.

Sənaye zonası ərazisində partlayış səsləri və parlaq parıltılar ilk dəfə yerli teleqram kanallarında yayılıb. "Mənim Nijni Novqorodum" ictimai səhifəsində pilotsuz təyyarələrin hücumuna istinad edilərək,"Təcili yardım xidmətləri Sverdlov zavoduna tərəf gedir. Müəssisəyə gedən yol bağlanıb" yazılıb.

Hücum daha sonra Dzerjinsk şəhərinin meri İvan Noskov və Rusiya Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib. "Hər hansı tələfat və dağıntı yoxdur, təcili yardım xidmətləri hadisə yerindədir. Sənaye obyektləri normal işləyir" - deyə, Noskov bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, martın 1-nə keçən gecə Nijeqorod vilayəti üzərində üç pilotsuz uçuş aparatı ələ keçirilib, Belqorod vilayəti üzərində isə daha bir pilotsuz təyyarə "məhv edilib".

Sverdlov zavodu Dzerjinski şəhərində hərbi müəssisədir. Zavod partlayıcı maddələr, müdafiə təyinatlı məmulatlar və kimyəvi sənaye maddələri istehsal edir.

Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü başlayandan bəri hərbi pilotsuz təyyarələr mütəmadi olaraq Rusiyanın regionlarına uçuşlar həyata keçirir. Dağıntı və tələfatlar var. Rusiya Müdafiə Nazirliyi hücumların Ukrayna tərəfdən həyata keçirildiyini iddia edir. Kyiv əsasən bu kimi məlumatlarla bağlı şərh vermir.

Forum

XS
SM
MD
LG