Accessibility links

Afrika ölkələrinin səhiyyə rəsmiləri ebola virusunun yayılmasının qarşısını almağa çalışır


Qərbi Afrikada səhiyyə rəsmiləri Ebola virusu nəticəsində həlak olan şəxslə əlaqədə olmuş təyyarə sərnişinlərini aşkar etməyə çalışır.

Patrik Soyer Liberiyada təyyarəyə mindikdən sonra Qanaya gəlmiş və Toqoda təyyarəsini dəyişdikdən sonra Nigeriyaya, Laqosa uçub. O, cümə günü Nigeriyada dünyasını dəyişib.

Savyer Nigeryaya çatan kimi karantinə alınıb. Ancaq digər sərnişinlərə Ebola virusu haqda məlumat verildikdən sonra onların hava limanını tərk etməsinə icazə verilib.

Şahidlər Savyerin uçuşlardan biri zamanı xəstə göründüyünü bildiriblər.

Soyerin uçduğu təyyarənin içuşlarını icra edən Qərbi Afrika hava yolları Ebola virusnun yayıldığı Liberayada Monroviya və Syerra Leonedə Fritaun şəhərlərinə uçuşları təxirə salıb.

Hava yollarının bildirdiyinə görə, Higeriyada Laqosda Ebola nəticəsində ölüm halının təsdiq edilməsi ilə əlaqədar bu iki şəhərə uçuşlar təxirə salınır.

Ümudünya Səhiyyə Təşkilatının sözçüsü Pol Qarvud deyib ki, virusun yayılmasına cavab olaraq kontaktların aşkar edilməsi və laboratoriya təhlilləri aparılacaq.

Liberiyanın maliyyə nazirliyində işləyən 40 yaşlı Patrik Soyer konfransda iştirak etmək üçün Nigeriyaya səfər etmişdi.

Ümudünya Səhiyyə Təşkilatı Qərbi Afrikada Ebola virusu nəticəsində təxminən 700 insanın həlak olduğunu bildirib. Ölüm hallarının çoxu Qvineyada baş verib.

Bu yaxınlarda humanitar yardım qrupunda çalışan amerikalı həkim Kent Bradley və tibb bacısı Nensi Vraytbol da daxil olmaqla xəstəliyin müayinəsi səylərinə başçılıq edən bir neçə səhiyyə işçisi xəstəliyə tutulub.

Qızdırma, əzələ ağrıları, qusma və qarın ağrısı kimi simptomlara malik olan Ebolanın müalicəsi və ona qarşı peyvənd yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG