Əfqanıstanda media azadlığı ekspertlərin fikrincə risk qarşısındadır və media haqda təklif edilmiş yeni qanunun vəziyyətin daha da ciddləşməsinə gətirib çıxaracağı bildirilir. Jurnalistlər və redaktorlar 2014-cü ildə beynəlxalq qüvvələrin Əfqanıstanı tərk etməsindən sonra ölkədə media sahəsində yaranacaq vəziyyətlə bağlı narahatlıqlarını ifadə edir.
Fəallar və jurnalistlər hökumət komissiyasının yaradılmasını nəzərdə tutan media haqda yeni qanunun senzuraya yol açacağını bildirir.
Saliha Soadat Əfqanıstanda media maqnatı Saad Mohseni tərəfindən yaradılmış Tolo Nyus şirkətində müxbirdir. Hətta hazırkı qanunlararın mövcud olduğu şəraitdə o, nüfuzlu siyasi liderlərin təzyiqlərinə məruz qalır. “Kermiş qanunvericinin qardaşı bir qızı zorlayıb öldürmüşdü. Mən qızın qardaşı və vəkili ilə danışdım, amma müqəssir danışmaqdan imtina etdi. Bundan sonra hazırkı komissiyadan məktub aldım ki, məni sorğu-sual edə bilərlər” -deyə o bildirir.
Əfqanıstanda onlarla qəzet nəşr edilir, radio və televiziya kanalları fəaliyyət göstərir. Onların bir hissəsi müstəqildir, bəzilərinə isə siyasi fiqurlar və hərbi komandirlər sahiblik edir.
Hökumətin nəzarətinə çalışanlar medianın ölkədə sabitliyin pozulmasında rolu olduğunu deyir, fəallarsa bu iddiaları rədd edir.
Qanunvericilərlə görüşən fəal Əbdül Mucib Khalvatqar 12 yaşı olan mediada çatışmazlıqları qeyd edir. Lakin o deyir ki, hökumətin nəzarəti buna cavab deyil: “Onlar iranlıların və çinilərin gördüyü işi təqlid, ya da təkrar etmək istəyir. Bu, bizim üçün qəbuledilməzdir.”
Bu ilin əvvəli silahlı şəxslər topraqların ələ keçirilməsi haqda məqalədən sonra gündəlik Həşte-Sübh qəzetinin ofisinə hücum etmişdi. ABŞ tərəfindən maliyyə yardımı alan qəzetin redaktoru Pərviz Kava vəziyyətin çox mühüm bir nöqtəyə çatdığını deyir: “Biz hazırda mübarizə aparırıq. Bu mübarizənin əsasında azad media məsələsi durur. Biz bu ölkədə demokratiya uğrunda, vətəndaş cəmiyyəti, insan hüquqları, beynəlxalq dəyərlər uğrunda mübarizə aparırıq.”
2014-cü ildə beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması və ölkəyə diqqətin azalmasından sonra mətbuat azadlığı sahəsində vəziyyətin pisləşəcəyi ilə bağlı narahatlıqlar mövcuddur. Bu isə Soadat kimi jurnalistlərin işinə öz təsirini göstərəcək. “Həm qadınlar, həm də kişilərə təzyiqlər artacaq. Rəqəmlərə baxsaq görərik ki, qəzetlərdə, radio və televiziya kanallarında çalışan qadınlar başqa yerlərdə iş axtarmağa başlayıb”-deyə o bildirir.
Jurnalistlər, redaktorlar və hüquqşünaslar qanunun yenidən nəzərdən keçirilməsi məsələsini müzakirə edir. Onlar deyir ki, lazım gəlsə, media azadlığı uğrunda mübarizəni küçələrə çıxıb davam etdirə bilərlər.