Əfqanıstanın yüksək səviyyəli hökümət rəsmisi müalicə olunduğu qonşu Pakistandan yoxa çıxıb.
Şərqi Kumar əyalətinin qubernatorunun müavini Qazi Məhəmməd Nəbi “qaçırılmadan” öncə Peşəvərdə olub. Bunu Pakistanın şimal-qərbində yerləşən Peşəvərdəki Əfqanıstan konsulluğuna onun qohumları bildirib.
“Qaçırılmanın” məsuliyyətini üzərinə alan olmayıb.
Yerli polis konsulluq rəsmilərindən məlumat alandan sonra axtarış başlatdıqlarını bildirib, lakin Nəbinin Peşəvərə gəlişi barədə Əfqanıstan rəsmiləri tərəfindən məlumatlandırılmadıqlarını söyləyib.
Əfqanıstanın diplomatik mənbələri yoxa çıxmış qubernator muavininin Paksitana “adi pasportla” daxil olduğunu təsdiq edib və onun Pakistanda olduğundan daha öncə xəbərdar olmadıqlarını bildirib.
Pakistanda təxminən üç milyon əfqan qaçqın var. Onların yarısı sənədsizdir, əksəriyyəti də sərhəd Xiber Paxtunxav əyalətində yerləşib. Peşəvər isə oranın paytaxt şəhəridir.
Əfqanıstan rəsmilərinin böyük hissəsini qaçqın icmasındandır və ailə üzvlərini ziyarət edib, tibbi müalicə almaq üçün tez-tez Pakistana səfər edir.
Nəbinin qubernator müavini olduğu Kunar Əfqanıstanən Pakistanla sərhəddə yerləşdiyi dəyişkən əyalətlərindən biridir. Taliban qiyamçıları və İslam Dövləti qrupunun Əfqanıstan qolunun üzvlərinin Kunarda bazaları var.
Pakistan və Əfqanıstan arasında münasibətlər hər iki tərəfin bir-birini digər ölkədə terror hücumları həyata keçirmək üçün militantlara yardım etmək və sığınacaqla təmin etməkdə günahlandırdıqdan sonra pisləşib.