Accessibility links

Taliban Əfqanıstan silahlı qüvvələrinin 40-a yaxın əməkdaşını öldürüb


Talibanın Əfqanıstandakı üsyançıları iki müxtəlif hücum zamanı 40-a yaxın hökumət əsgərləri və polis əməkdaşlarını öldürüb.

Əfqanıstan rəsmiləri şənbə günü bildiriblər ki, şimalda yerləşən Kunduz və qərbdə yerləşən Herat vilayətlərində gecə baş verən zorakılıq zamanı ən azı daha altı təhlükəsizlik əməkdaşlı xəsarət alıb.

Kuduz vilayətinin rəsmiləri bildiriblər ki, Taliban cümü gecəsi Qala-e-Zal ərazisindəki polis postundakı heyətə hücum edərək, 25 nəfəri öldürüb.

Herat vilayətinin hökümət sözçüsü Amerikanın Səsinə deyib ki, Talibanın təxminən 150 döyüşçüsü Əfqanıstan Milli Ordusunun postuna hücum edib və 17 əsgəri öldürüb.

Taliban hər iki hücuma görə məsuliyyəti üzərinə götürüb və əlavə edib ki, hücum zamanı postlardan silah və hərbi sursat götürülüb.

İslamçı üsyançıları aprel ayından etibarən hücumlar həyata keçirərək, Əfqanıstanın silahlı qüvvələrinə ağır zərbələr yetiriblər. Bildirilənə görə, keçən ay Talibanın hücumu nəticəsində silahlı qüvvələrin təxminən 500 əməkdaşı və 180-dən çox mülki vətəndaş öldürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG