Accessibility links

Əfqanıstanda BƏƏ-nin 5 diplomatı öldürülüb


Əfqan rəsmiləri deyir ki, çərşənbə axşamı paytaxt Kabildə baş verən iki intiharçı hücum 37 nəfərin ölümünə, 98 nəfərin isə yaralanmasına səbəb olub.

Hücumçular parlament ofislərini tərk edən rəsmilərin konvoyunu hədəf alıb.

Hadisənin qurbanları dövlət qulluqçuları, təhlükəsizlik rəsmiləri, piyadalar və qanunvericilərdir.

Taliban dərhal məsuliyyəti öz üzərinə götürüb və ilk öncə intiharçı hücumçununun öüznü partlatdığını, saniyələr sonra isə bir digər hücumçunun partlayıcılarla dolu maşınını partlatdığını bildirib.

Çərşənbə axşamı cənubda yerləşən Kandahar şəhərində bir digər partlayış baş verib. Nəticədə azı 11 nəfər ölüb. Vilayət qubernatorunun ofisinin yaxınlığında baş verən partlama, qubernator özü və Birləşmiş Ərəb Əmirliklərinin Kabildəki səfiri Cümə Məhəmməd Abdullah Əl-Kaabi də daxil olmaqla 18 nəfərin yaralanmasına səbəb olub.

Hücum zamanı ölənlərin arasında beş BƏƏ diplomatı olub.

Bundan əlavə çərşənbə axşamı Taliban bombardmançısı Əfqanıstanın ən böyük cənubi vilayəti Hlmandın paytaxtı Laşqargahda yerli təhlükəsizlik rəsmilə və polis işçilərinin iclasına hücum edib.

Bu hücum da azı 10 nəfərin ölümü və bir çox insanın yaralanması ilə nəticələnib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG