Accessibility links

Qahirədə etirazçılarla vətəndaşlar arasındakı toqquşmalar zamanı polis havaya atəş açıb


Qahirədə etirazçılarla vətəndaşlar arasındakı toqquşmalar zamanı polis havaya atəş açıb
Qahirədə etirazçılarla vətəndaşlar arasındakı toqquşmalar zamanı polis havaya atəş açıb

Qahirədə etirazçılarla vətəndaşlar arasındakı toqquşmalar zamanı polis havaya atəş açıb. Hadisə minə qədər nümayişçinin Müdafiə Nazirliyi yaxınlığında islahatlar tələləbi ilə yürüş keçirdiyi vaxt baş verib. Şahidlərin bildirdiyinə görə, nümayişçilər və mülki vətəndaşlar bir-birilərinə butulka və daş atıb. Hadisə hərbi şuranın demokratiya vədlərindən bir neçə saat sonraya təsadüf edib.

Ölkənin hakimiyyətdə olan hərbi şurası hökumətin demokratiyaya sadiq qaldığını bildirib və demokratik islahatlar vəd edib. Marşal Məhəmməd Hüseyn Tantani deyib ki, müvəqqəti hökumət azad və ədalətli seçkilər yolu ilə vətəndaşlarının hüquqları və azadlıqlarını təmin edən demokratik dövlət qurulması istiqamətində səylərini davam etdirir. Hərbi şuranın başçısı bu açıqlamaları 1952-ci ildə dövlət çevrilişinin ildönümü münasibətilə etdiyi çıxışı zamanı verib. Bu arada, fəallar keçmiş prezident Hüsnü Mübarəkin istefasından sonra islahatların gedişindən razı olmayan nümayişçilər Təhrir meydanında düşərgə qurub. Bəzi çadırlar iki həftə bundan əvvəl qurulub və nümayişçilər tələbləri təmin olunmayana qədər meydandan getməcəklərini bildirir.

XS
SM
MD
LG