Accessibility links

Əl-Cəzirə jurnalistlərinin Misirdə həbsinin bir ili tamam olur


Əl-Cəzirə televiziyasının üç jurnalistinin Misirdə həbs edilməsinin bir ili tamam olur. Onlar qadağan olunan Müsəlman Qardaşları təşkilatını dəstəkləməkdə ittiham edilirlər.

Avstraliyalı Piter Qrest və Misir əsilli kanadalı Məhəmməd Fəhmi yeddi il, misirli Bahar Məhəmməd isə 10 ilədək həbslə üzləşiblər. Məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Qrestenin qardaşı Maykl bildirib ki, valideyinləri onların apellyasiya məhkəməsinin qərarı ilə azadlığa çıxacaqlarına ümid edir.

Misir prezidenti Məhəmməd Fəttah əl-Sissi bildirib ki, iyulda həbs olunan jurnalistlərlə bağlı qərara hörmət edilməlidir və o, buna müdaxilə edə bilməz.

Əl-Cəzirə jurnalistlərin öz işlərini gördüklərini bildirib və onlara qarşı ittihamları qorxunc adlandırıb.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG