Accessibility links

İskəndəriyyə kilsəsində bomba hücumlarından sonra dindarlar bu gün dua edib (Yenilənib)


İskəndəriyyə kilsəsində bomba hücumlarından sonra dindarlar bu gün dua edib (Yenilənib)
İskəndəriyyə kilsəsində bomba hücumlarından sonra dindarlar bu gün dua edib (Yenilənib)

Misir rəsmiləri İskəndəriyyə şəhərində qiptilərin kilsəsində yeni il günü 21 adamın ölümülə nəticələnmiş bomba hücumlarının arxasında əl-Qaidə ilə əlaqəsi olan yerli yaraqlıların durduğuna inanırlar.

Rəsmilər İskəndəriyyədə mənzillənən radikal sələfi sünni müsəlman qrupla bağlı təhqiqat aparıldığını bildirirlər. Onlar 17 nəfərin sorğu-sual edilmək üçün saxlandığını deyirlər. Xristianların dua mərasimi zamanı bu gün kilsənin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Roma Papası bu gün bomba hücumlarını bir daha qınayıb.

Misir prezidenti Hüsnü Mübarək bomba hücumunu qınayaraq, ölkənin təhlükəsizliyinə hədə törədənləri cəzalandırmağa söz verib.

XS
SM
MD
LG