Misirin təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, Qahirənin cənubunda Qibti xristian kilsəsini qoruyan iki polis işçisi qətlə yetirilib. Hadisənin bu gün paytaxtın 250 kilometrliyində Nil çayı üzərindəki Minya şəhərində baş verdiyi deyilir.
Çərşənbə günü Qibti xristianların Milad gününü qeyd edəcəyi kilsələrdə də təhlükəsik tədbirləri gücləndirilmişdi.
Misirin 87 milyon əhalisinın 10 faizini qibtilər təşkil edir. 2013-cü ildə sabiq prezident Məhəmməd Mursinin devrilməsindən sonra qibti xristianların kilsələrinə çox sayda hücumlar həyata keçirilib. Qibtilər ölkənin xristian əhalisinə qarşı ayrı-seçkilikdəın uzun müddətdir şikayət edir.
Məhəmməd Mursi hakimiyyətdən devriləndən bəri Misir polisi və hərbi qüvvələri də müntəzəm olaraq hücumlara məruz qalır.