ABŞ Dövlət katibi Hillari Klinton Misir hökumətinin iqtisadi islahatların həyata keçirilməsi planlarını alqışlayıb. Bu gün Münhendə təhlükəsizliyə dair konfransda danışan Klinton yeni təyin edilmiş vitse-prezident Ömər Süleymanın rəhbrəlik etdiyi keçid prosesinə dəstəyin mühüm olduğunu vurğulayıb. Misrin keçmiş kəşfiyyat idarəsinin rəhbəri bu gün müxalifət nümayəndərilə görüşərək, belə görünür, özünün rəhbərlik edəcəyi keçid hökumətinin yaradılmasını müzakirə edir. Klinton dinc yolla keçidin vaxt apara biləcəyini qeyd edib.Almaniya kansleri Angela Merkel bildirib ki, Misirdə dəyişiklik olacaq və bu, dinc yolla olmalıdır. Britaniyanın Baş Naziri Deyvid Kamerun Misirdə sabitliyin olmadığını deyərək qeyd edib ki, buna nail olmaq üçün dəyişiklik, islahat və keçid olmalıdır.