Accessibility links

Misirdə inqilabın ikinci ildönümü zorakılıqlarla muşayiət olub (Yenilənib)


Uzun illər ölkəyə liderlik etmiş Hüsnü Mübarəkin devrilməsinin ikinci ildönümünü qeyd etmək üçün Qahirənin Təhrir meydanına üz tutan etirazçılarla polis arasında qarşıdurma baş verib. Meydana doğru addımlayan minlərlə insanın qarşısını almağa çalışan polisin gözyaşardıcı qazdan istifadə etdiyi, etirazçıların isə polisi daşa basdığı xəbər verilir.

Polislə etirazçılar arasında qarşıdurmaların İskəndəriyyə, Suez və İsmailiyə şəhərlərində də baş verdiyi deyilir. Bu gün keçirilən aksiyalar zamanı yüzdən çox insanın xəsarət aldığı bildirilir.

Dünyəvi xarakterli siyasi müxalifət prezident Məhəmməd Mursiyə və İslamçı Müsəlman Qardaşları partiyasına qarşı etirazlara çağırıb. Müxalifət lideri Məhəmməd Əl-Baradei özünün Twitter hesabından istifadə edərək, etirazçılara "Nəhayət inqilab məqsədlərinə nail olacaq!" çağırışı ilə müraciət edib.

Cümə axşamı cənab Mursi xalqa müraciət edərək, ildönümü mərasiminin sakit şəraitdə keçirillməsinə çağırıb. Müsəlman Qardaşları isə nə mərasimdə, nə də etiraz aksiyalarında iştirak edəcəyini, bunun əvəzində xeyriyyə tədbirləri həyata keçirəcəyini bildirib.
XS
SM
MD
LG